Bakı. İlhamə İsabalayeva - Trend:
Psixoloqların əməkhaqlarının artırılması üçün diaqnostik qiymətləndirmənin keçirilməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Müəllimlər üçün belə qiymətləndirmənin artıq keçirildiyini deyən nazir müavini bildirib ki, hazırda Azərbaycanda psixoloqların yetişdirilməsi istiqamətində əlavə tədbirlər planı hazırlanır:
“Məktəblərdə psixoloqlardan istifadə etmək lazımdır. Məhz bunun vasitəsilə neqativ halların qarşısı alına bilər. Ümumiyyətlə, bütün psixoloqlar öz peşələrinə biganə deyil, səmimi yanaşmalıdırlar. Azərbaycanda məktəblərdə istedadlı psixoloqlara ehtiyac var”.