Bakı. İlhamə İsabalayeva - Trend:
Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanlarına start verilir.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, sınaq imtahanları 18-30 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin II tədris binasında keçiriləcək.
Sınaq imtahanlarında 7000-dən çox şəxsin iştirakı gözlənilir.
İmtahan qrafiki ilə bağlı iştirakçıların şəxsi səhifələrinə məlumat göndərilib.
İştirakçılar sınaq imtahanına gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.