...

Rusiya Universitetinin kafedra müdiri: Azərbaycanın gimnastika komandasının peşəkarlıq səviyyəsi yarışdan-yarışa yüksəlir

Gündəm Materials 19 May 2019 19:29 (UTC +04:00)
Azərbaycanın gimnastika komandasının peşəkarlıq səviyyəsi yarışdan-yarışa yüksəlir
Rusiya Universitetinin kafedra müdiri: Azərbaycanın gimnastika komandasının peşəkarlıq səviyyəsi yarışdan-yarışa yüksəlir

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanın gimnastika komandasının peşəkarlıq səviyyəsi yarışdan-yarışa yüksəlir. Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə 35-ci Avropa çempionatını izləyən P.F.Lesqaft adına İdman və Sağlamlıq Milli Dövlət Universitetinin Gimnastikanın nəzəriyyəsi və metodikası kafedrasının müdiri (Rusiya, Sankt-Peterburq) Raisa Terexina deyib.

O bildirib: "Bakıya gəlməyi sevirik, çünki bura çox gözəl şəhərdir, bizi çox xoş qarşılayırlar, yaxşı yarışlar keçirilir. Əlbəttə, bizlər, yəni mütəxəssislər üçün əsas Avropa gimnastika məkanında bədii gimnastikanın inkişaf səviyyəsini izləməkdir. Sevindirici haldır ki, bir çox ölkələr gimnastikada səviyyəsni yüksəldib, liderlərin arxasınca gedirlər və artıq çox maraqlı proqramlar göstərirlər".

R.Terexinanın sözlərinə görə, Azərbaycanın gimnastika komandasının peşəkarlıq səviyyəsi yüksəlib: "Azərbaycan komandası daim inkişaf edir, mənə elə gəlir ki, komanda ilə işləyən mütəxəssislər yaxşı çalışırlar və hər yarışda komandanın peşəkarlıq səviyyəsinin yüksəldiyi görünür".

O, Bakıda yarışların çox yüksək səviyyədə keçdiyini də xüsusi qeyd edərək deyib:

"Bakıda yarışlar həmişə yaxşı keçir, hər şeyin çox dəqiq hazırlandığı görünür. Bədii gimnastika üzrə Dünya çempionatında da bura gəlməyə ümid edirik. Azərbaycana gəlmək həmişə xoşdur, çünki yarışların hazırlanması məsələsində sizin çox savadlı, peşəkar mütəxəssisləriniz var".

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilmiş bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edib.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti