ETSN-də Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri ilə görüş keçirilib

Cəmiyyət Xəbər 21 May 2019 15:33 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri, İTOCHU Koorporasiyasının sədr müavini Yoiçi Kobayaşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları müzakirə olunub, Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin noyabrda keçiriləcək növbəti iclasına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti