...

BBAK: Ötən gün 13 mindən artıq sərnişin daşınıb

Cəmiyyət Materials 5 İyun 2019 14:01 (UTC +04:00)
4 iyun tarixində şəhərlərarası istiqamətlərə 484 reyslə 13 559 sərnişin daşınıb.
BBAK: Ötən gün 13 mindən artıq sərnişin daşınıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

4 iyun tarixində şəhərlərarası istiqamətlərə 484 reyslə 13 559 sərnişin daşınıb.

Trend-in məlumatına görə, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

Onun sözlərinə görə, sərnişin sıxlığı daha çox Gəncə, Quba, Qusar, Şəki və Mingəçevir istiqamətlərində olub:

"Bu dəqiqələrə olan statistikaya görə, 228 reyslə 6700 sərnişin bölgələrə yola salınıb. Günün sonuna qədər bu rəqəmin 10 000-ə yaxın olacağı gözlənilir. Beynəlxalq istiqamətlərə isə 30 reyslə 1100 sərnişin yola salınıb ki, ən çox sərnişin axını İstanbul şəhərinə olub".

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi iyunun 4-dən başlayaraq iyunun 10-dək gücləndirilmiş iş rejimində çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti