...

Bakıda ümumşəhər iməciliyi keçirilib (FOTO)

Cəmiyyət Materials 10 İyun 2019 11:59 (UTC +04:00)
Bakı şəhərinini bütün rayonlarını əhatə edən növbəti ümumşəhər iməciliyi təşkil olunub.
Bakıda ümumşəhər iməciliyi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhərində yaşıllıqların salınması və onların genişləndirilməsinə olan diqqət və qayğısının bariz nümunəsidir ki, hər il paqtaxtın rayonlarında minlərlə yeni ağaclar əkilir, onlara qulluq göstərilir, yeni-yeni yaşıllıq zonaları yaradılır, istirahət parkları, abad məhəllələr salınır.

Bu işlər çərçivəsində paytaxtımız Bakı şəhərinini bütün rayonlarını əhatə edən növbəti ümumşəhər iməciliyi təşkil olunub.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Rayonların rəhbərliyinin, ictimaiyyətin, idarə və təşkilatların nümayəndələrinin, təsərrüfat xidmətlərinin, gənclərin, sahibkarların və iş adamlarının iştirakı ilə keçirilən iməcliklərdə ümumilikdə minlərlə insan iştirak edib.

İməciliklərdə zamanı ərazilərdə təmizlik işləri görülüb, ağacların dibi, yol kənarları quru otlardan təmizlənib, ağacların quru budaqları budanıb, gövdəsi ağardılıb, əvvəl əkilmiş güllərə, ağaclara və yaşıllıqlara qulluq göstərilib. İlboyu göstərilən qulluq nəticəsində ötən il əkilmiş ağacların çox böyük əksəriyyətinin boy atdığı müşahidə olunub.

Eyni zamanda rayonların ərazilərində yerləşən ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri, küçələrdə bordyurlar, işıq dirəkləri yuyulub, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılıb, bir sıra yerlərdə hasarlar rənglənib.

Paytaxtımızda keçirilən iməclik və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərimizin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamı olub.

İl ərzində Bakı şəhərində ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti