...

Bakı Şəhər İcra Hakimiyyətindən çimərliklərlə bağlı AÇIQLAMA

Cəmiyyət Materials 25 İyun 2019 17:47 (UTC +04:00)
Çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur
Bakı Şəhər İcra Hakimiyyətindən çimərliklərlə bağlı AÇIQLAMA

Bakı. Elçin Mehdiye - Trend:

15 iyun 2019-cu il tarixindən paytaxt Bakı şəhərində çimərlik mövsümünə rəsmən başlanması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırır ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, çimərliklərdə əhalinin və qonaqların sahilyanı zonada istirahətinə lazımi şəraitin yaradılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti