...

Goranboyda 65 yaşlı kişi atdan yıxılıb öldü

Cəmiyyət Materials 6 İyul 2019 10:47 (UTC +04:00)
Goranboy rayon sakini atdan yıxılaraq ölüb.
Goranboyda 65 yaşlı kişi atdan yıxılıb öldü

Bakı. Samir Əli - Trend:

Goranboy rayon sakini atdan yıxılaraq ölüb.

Trend-in məlumatına görə, hadisə rayonun Erkəc kəndi ərazisində baş verib.

Rayonun Qarasüleymanlı kənd sakini, 1954-cü il təvəllüdlü Mehdiyev Mehdi Ağamməd oğlu Erkəc kəndindəki Qulandağ adlanan ərazidə mal-qara otararkən atdan yıxılıb.

M.Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti