Ombudsman Avropa Şurası İnsan Hüquqları üzrə Komissarını qəbul edib (FOTO)

Ombudsman Avropa Şurası İnsan Hüquqları üzrə Komissarını qəbul edib (FOTO)

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, qonaqları salamlayan Müvəkkil 2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində kompleks tədbirlər həyata keçirdiyini, həmin öhdəliklərdən biri kimi ölkədə ilk Ombudsman təsisatının yaradıldığını, ötən müddət ərzində bu qurumun özünü səmərəli hüquq müdafiə mexanizmi kimi təsdiq etdiyini, Avropa Şurası ilə səmərəli əməkdaşlığın qurulduğunu, insan hüquqları sahəsində birgə layihələrin həyata keçirildiyini diqqətə çatdırdı.

E.Süleymanova son illərdə Avropa Şurasının və Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində keçirilən Tvinninq layihələri, xüsusilə də sonuncu dəfə Almaniya və Polşanın birgə iştirakı ilə 24 ay ərzində davam etmiş Tvinninq layihəsi haqqında qonağa məlumat verdi və ümumilikdə Ombudsman Aparatının 29 əməkdaşının layihənin komponentlərinə müvafiq olaraq Avropa təcrübəsi ilə tanış olmaq məqsədilə Avropa İttifaqının 4 üzv dövlətində (Yunanıstan, Polşa, Almaniya, Portuqaliya) müxtəlif komponentlər üzrə təcrübə və fikir mübadiləsi aparıldığını qeyd etdi.

Qonağa Ombudsmanın bərabərlik və ayrı-seçkiliyə məruz qalmamaq hüququnun təmin olunması sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilərkən, onun heç bir ayrı-seçkiliyə yol vermədən əhalinin bütün qruplarının hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərdiyi, etnik, milli, irqi, dini və başqa xüsusiyyətlərindən asılı olmayaraq hər bir şəxsin müraciətlərinin dərhal qanunvericiliyə uyğun araşdırılaraq tədbirlərin görüldüyü praktik misallarla sübut edilmişdir.

E.Süleymanova 2008-ci ildə ölkəmizin BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokolunun ratifikasiya etdiyini, Milli Preventiv Mexanizm funksiyalarını yerinə yetirən təsisat qismində Müvəkkilin müəyyən olunduğunu, ötən müddət ərzində Milli Preventiv Qrup tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama yerlərinə, psixiatriya xəstəxanalarına, habelə sosial obyektlərə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evləri və pansionatlara müntəzəm olaraq qrup tərəfindən başçəkmələrın həyata keçirildiyi barəsində qonağa məlumat verilib.

Ombudsmanın bu günlərdə onun təşəbbüsü ilə 4 saylı qadın cəzaçəkmə müəssisəsində növbəti “Açıq qapı” qəbulu keçirdiyini, çoxsaylı məhkum qadınları fərdi şəkildə qəbul edərək, onların müxtəlif müraciətlərini dinlədiyini, habelə onlara hüquq və vəzifələri izah edildiyi qeyd edilib.

Qeyd edilmişdir ki, dövlətimizin humanist siyasəti nəticəsində ölkəmizdə qısa müddət ərzində 11 Amnistiya Aktı qəbul olunmuş, 65 əfv sərəncamı imzalanmış, minlərlə insan ailəsinə, cəmiyyətə qovuşmuşdur. Müvəkkilin vəsatəti əsasında isə indiyədək 692 məhkum azadlığa buraxılmışdır.

Qonağa həmçinin müvafiq dövlət qurumlarında, o cümlədən penitensiar xidmətdə, psixiatriya müəssisələrində çalışan əməkdaşlara, həkimlərə müvafiq Avropa standartları barədə məlumatların verildiyi və bu standartların tətbiq olunduğu vurğulanıb.

Qonaq həmçinin Müvəkkilin informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirdiyi barəsində məlumatlandırılıb.

Qeyd edilib ki, insanların Ombudsmana elektron hökumət portalı vasitəsilə onlayn müraciət etməsi üçün xüsusi bölmə yaradılıb, informasiya əldə etməklə bağlı ünvanlanmış hər bir müraciət üzrə təhlillər aparılaraq müvafiq səlahiyyətli qurumlara sorğular göndərilib, məsələlərin bir çoxu öz həllini tapıb.

Eyni zamanda, Ombudsman təsisatında kütləvi informasiya vasitələrinin təmsilçiləri, media hüquqları üzrə tanınmış ekspertlər, informasiya sahibləri olan dövlət qurumlarının nümayəndələri, mətbuat xidmətlərinin rəhbərləri ilə silsilə məsləhətləşmələrin keçirildiyi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə birgə media nümayəndələri üçün insan hüquqlarına dair ənənəvi praktiki seminarın təşkil edildiyi nəzərə çatdırılıb.

Müvəkkilin də iştirak etdiyi Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi əsasında “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”na dəyişikliklərin edildiyi, jurnalist fəaliyyətini həyata keçirərkən gender bərabərliyi prinsiplərinə riayət olunması ilə bağlı yeni vəzifələrin müəyyən olunduğu bildirilib. 2019-cu ildə də davam etmiş həmin layihə çərçivəsində Bakı şəhərində və regionlarda yerli kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə söz və mətbuat azadlığının təmini, mətbuatda gender bərabərliyi, jurnalistlərin peşə hüquq mədəniyyəti mövzularında maarifləndirici təlimlərin həyata keçirildiyi və bu təlimlərdə Ombudsman Aparatının nümayəndəsinin təlimçi ekspert qismində iştirakı diqqətə çatdırılıb.

E.Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icra vəziyyətinin monitorinqi məqsədilə ölkənin bütün rayon və şəhərlərində deputatların, yerli icra hakimiyyəti, məhkəmə və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, yerli QHT-lərin, KİV-lərin, o cümlədən qaçqın və məcburi köçkünlərin, etnik azlıqların yerli icmalarının nümayəndələrinin iştirakı ilə geniş ictimai dinləmələr keçirildiyini, nəticələrin təhlil edilərək ümumiləşdirildiyini və müvafiq dövlət qurumlarına tövsiyələrlə müraciət edildiyini qeyd edib.

Müvəkkil QHT-lər və KİV-lə mütəmadi əməkdaşlığını davam etdirərək, QHT-lərin hüquqi maariflənməsində maraqlı olduğunu, Ombudsmanın uşaq, qadın və ahılların hüquqları üzrə Resurs Mərkəzlərində mütəmadi maarifləndirmə tədbirləri keçirildiyini, habelə Ombudsman təsisatında keçirilən beynəlxalq layihələr çərçivəsində onlara BMT-nin Saziş qurumlarına və ümumiyyətlə digər beynəlxalq təşkilatlara təqdim edilməsi üçün əlavə və paralel hesabatların hazırlanması barəsində maarifləndirici treninqlər təşkil edildiyini vurğulayıb.

Müvəkkilin dövlət qurumları, QHT-lər, o cümlədən hüquq müdafiəçiləri ilə sıx əməkdaşlıq etdiyi söylənib.

Görüşdə qarşılıqlı əməkdaşlıq çərçivəsində Polis və Ədliyyə Akademiyalarında, Baş Prokurorluğun Təlim-Tədris mərkəzində təhsil alan ali hüquq təhsilli dinləyicilər üçün “İnsan hüquqlarının müdafiə mexanizmləri” mövzusunda mühazirələr təşkil edildiyi, iştirakçıların nəzəri biliklərinin təcrübə ilə əlaqələndirildiyi, habelə onlara BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sənədi olan, pis rəftar növlərinin və cəzaların tətbiqinin effektiv tədqiq edilməsi ilə bağlı “İstanbul Protokolu”, SPT tövsiyələri və CPT-nin ümumi məruzələrində yer almış standartların, habelə əlaqəli şəkildə milli qanunvericilik aktlarının tədris olunduğu diqqətə çatdırılmışdır.

Ombudsman onun təşəbbüsü ilə insan hüquqları üzrə ixtisaslaşmış gənc hüquqşünas kadrların hazırlanması Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “İnsan hüquqları”, “Genderə giriş” fənləri tədris olunması, həmçinin Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Uşaq hüquqları üzrə Pilləli Tədris proqramının həyata keçirilməsi bərədə qonağa məlumat verdi.

Müvəkkil habelə qanunvericiliyin təkmilləşdirilməsinə dair Milli Məclisə, habelə dövlət qurumlarına təkliflər verildiyini, həmçinin Konstitusiya Məhkəməsinə çoxsaylı sorğular ünvanladığını, nəticədə Plenum tərəfindən müvafiq qərar və qərardadların qəbul edildiyini söyləyib.

Vurğulanıb ki, fəaliyyəti dövründə Müvəkkilin insan hüquqlarının səmərəli təmininə yönəlik 700-dək təklifi səlahiyyətli dövlət qurumlarına təqdim edilmiş, onların böyük əksəriyyəti artıq təmin olunmuşdur. E.Süleymanova söyləyib ki, Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansı (GANHRİ) tərəfindən Ombudsmanın gender sahəsində gördüyü fəaliyyət müsbət təcrübə kimi qiymətləndirilmişdir.

Ombudsmanın təşəbbüsü ilə ölkəmiz tərəfindən imzalanan Avropa Şurasının “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Lanzarote Konvensiyasının ratifikasiya edilməsinin illik məruzələrində təklif olunduğu, UNICEF-in ekspertləri ilə birgə “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanun layihəsini hazırlayaraq Milli Məclisə təqdim etdiyi qeyd edilib.

E.Süleymanova qonağa qaçqın və məcburi köçkünlərin, həmçinin girov və əsir götürülmüş şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.

Ermənistanın Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinin hələ ilk vaxtlardan diqqətdə saxlanıldığı, onların qaytarılmasını, onlarla beynəlxalq hüquq normalarına uyğun davranışın təmin edilməsində yardımçı olmaq üçün BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin və Komitənin Cenevrədəki Baş Ofisinin rəhbərlərinə müraciətlər ünvanlandığı, Komitənin Cenevrədəki baş iqamətgahında bu qurumun Vitse-prezidenti xanım Kristina Börli ilə müzakirə edildiyi diqqətə çatdırılıb.

Ombudsman məcburi köçkünlərin, o cümlədən gənclərin öz torpaqlarına qayıtmaq arzusunun onların genetik yaddaşı ilə bilavasitə bağlı olduğunu bildirib.

Müvəkkil habelə 2019-cu ildə erməni hərbçiləri tərəfindən girov götürülmüş Elvin İbrahimovun da Azərbaycana qaytarılmasında kömək göstərilməsi üçün cari ilin mart ayında BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbərinə müraciət ünvanladığını qeyd edib.

E.Süleymanova Komissara Avropa Şurasının bütün beynəlxalq mexanizm vasitələrini səfərbər etməklə 30 ildən çox davam edən və kütləvi insan hüquqlarının kobud pozuntuları ilə müşayiət olunan bu silahlı münaqişənin regionda sabitliyin, dayanıqlı inkişafın, əməkdaşlığın bərqərar olmasına zəmin yaradacaq ədalətli sülh yolu ilə həllinə dəstək olması barədə müraciət etmiş, konkret tədbirlərin görülməsinin sürətləndirilməsinə yardımçı olmasını xahiş etmiş və onun Ombudsmanla sıx əməkdaşlıq etməsini təklif etmişdir.

Qonağı maraqlandıran suallar görüşdə ətraflı cavablandırıldı.

Sonda xanım Miyatoviç Müvəkkilə İnsan hüquqları sahəsində Avropa Şurasının hazırladığı bir sıra çap materiallarını Müvəkkilə təqdim edərək, səmimi qəbul və təsisatın fəaliyyəti, habelə sualları ətraflı cavablandırdığı üçün təşəkkür etdi.

"Pfizer/BioNTech" "omikron" ştammına qarşı vaksinin kliniki sınaqlarına başlayıb
"Pfizer/BioNTech" "omikron" ştammına qarşı vaksinin kliniki sınaqlarına başlayıb
Tailandda 5 yaşdan böyük uşaqların vaksinasiyası başlayacaq
Tailandda 5 yaşdan böyük uşaqların vaksinasiyası başlayacaq
Ötən il "TikTok" blogerləri iri şirkət rəhbərlərindən daha çox qazanıb
Ötən il "TikTok" blogerləri iri şirkət rəhbərlərindən daha çox qazanıb
Loading Bars
Xəbər lenti
İmişlidə "patı" satanlar saxlanıldı (FOTO)
Buraxılış imtahanları bir mərhələdə keçiriləcək - DİM
Karantin müddəti bitsə də, koronavirusu ağır keçirənlərin çölə çıxması məsləhət deyil - Həkim
Bakıda daha bir küçə yenidən təmir edilib (FOTO/VİDEO)
QHT Agentliyi rəhbərliyinin Türkiyəyə rəsmi səfəri başlayıb (FOTO)
"Pfizer/BioNTech" "omikron" ştammına qarşı vaksinin kliniki sınaqlarına başlayıb
Ötən il Azərbaycana 17 milyon dozaya yaxın COVİD vaksini gətirilib
Azərbaycanın televiziya kanalları HD formatda yayıma başlayacaq
Abituriyentlər imtahanların dəqiq tarixinə fikir verməlidir - DİM
Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib
Ermənistan - Azərbaycan sərhədinin demarkasiyası silahlı münaqişələri dərhal aradan qaldıra bilər - KTMT-nin sabiq baş katibi
Dayanma, durma və parklanma ilə bağlı yeni cərimələr parlamentdə müzakirə ediləcək
Narkotik satışı ilə məşğul olan 3 nəfər saxlanılıb (FOTO)
Tailandda 5 yaşdan böyük uşaqların vaksinasiyası başlayacaq
Bu il Azərbaycana 80 min doza "Sputnik V" vaksini gətiriləcək (ÖZƏL)
İran şirkəti Azərbaycanda sənaye parkının rezidenti ola bilər
Qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib (FOTO)
AzTU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub (FOTO)
“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib (FOTO)
MB-nin Bank Sertifikat Xidmətləri Mərkəzinin informasiya təhlükəsizliyi üzrə ISO/IEC 27001:2013 beynəlxalq standartına uyğunluğu yenidən təsdiq edilib
FHN-də mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib (FOTO)
Komando hərbi hissəsində təlim-məşqləri keçirilib (FOTO/VİDEO)
DİN polis qeydiyyatında olan vətəndaşların qeydiyyatlarının ləğvi ilə bağlı söz - söhbətlərə aydınlıq gətirib
Şərhlərdə söyüş yazanlar cərimə oluna bilər
SOCAR AQŞ İraq Qazma Şirkətinin nümayəndə heyəti ilə görüşüb
Bakı-İstanbul və İstanbul-Bakı üzrə -ın bütün reysləri sabah günün birinci yarısına keçirilib
Ötən il ölkədə elektrik enerjisi istehsalı artıb (FOTO)
“DOST İş” Mərkəzi 900 şəxsi aqrar sahələr üzrə işlərə cəlb edib
Bakıda daha 175 sürücü qanunsuz parklanmaya görə cərimələnib (FOTO/VİDEO)
Tağıyevin heykəlinə zərər vuranlar həbs olunub
“BlueNoroff” kriptovalyuta startaplarının hesablarını boşaldır - Kaspersky
“Yüksəliş” müsabiqəsinin İşçi qrupu qaliblərlə görüşüb (FOTO)
Azərbaycan televiziya kanalları HD formatda yayıma başlayacaq
Prezident İlham Əliyev: Ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq
Prezident İlham Əliyev: Əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar
İran-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasının vaxtı açıqlandı
İranla Azərbaycan arasında yeni avtomobil körpüsünün tikintisi ilin sonuna kimi başa çatacaq - Şahin Mustafayev
Azərbaycan MDB sazişinə dəyişikliklər barədə Protokolu qeyd-şərtlə təsdiqləyib
Xaçmaz RİH başçısı Elnur Rzayevin Şəhidlər xiyabanından qovulması ilə bağlı məlumatlar əsassız və qərəzlidir - İcra Hakimiyyəti
29 il sonra misli ilə alınan qisas - Qəhrəman hərbçilərimiz Daşaltıda şəhidlərimizi andı (FOTO/VİDEO)
Ziraat Bank Azərbaycan beynəlxalq ödəniş sistemi tərəfindən mükafatlandırılıb
Qar yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
Koronavirusa görə Respublika Reabilitasiya Mərkəzinə qəbul dayandırılıb
İtkin düşən Tərtər sakini axtarılır
Azərbaycan və İran arasında Astaraçay üzərində körpünün tikintisi ilə bağlı protokol imzalanıb (FOTO)
Xəzərin suyu niyə sürətlə azalır?
Azərbaycan ərəb ölkələrinə zəfəran ixrac edəcək (FOTO/VİDEO)
Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib
Qərbi Makedoniya Universitetinin nümayəndə heyəti ADNSU-da görüşlərə başlayıb (FOTO)
Ötən il "TikTok" blogerləri iri şirkət rəhbərlərindən daha çox qazanıb
Ağır yaralanan qazilərə 264 əməliyyat həyata keçirilib - Travmatoloq
İstanbul hava limanı bu tarixədək bağlı qalacaq
Saray qəsəbəsində 16 evdən oğurluq edən şəxs saxlanılıb
Azərbaycanla İran arasında sərhəd-keçid rejimi sadələşdirilə bilər - Nazir
“Qarabağ”ın oyunu təxirə salındı
Bakıda müəllimi döyən şəxs saxlanıldı - RƏSMİ
Bakıda polislər özünü dənizə atan şəxsi xilas edib
Bu gün Azərbaycan və İran arasında yeni avtomobil körpüsünün inşasına başlanılır
Bu dəyərlərin yetişən gənc nəsil arasında təbliği olduqca vacibdir - Şahin İsmayılov
Yanvarın 27-dən hava şaraiti dəyişəcək - Umayra Tağıyeva
Ağalı kəndində ilk "Ağıllı kənd"in inşası ilə bağlı işlər başa çatmaq üzrədir - Nazir müavini
Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Xalq Bank Visa tərəfindən mükafata layiq görüldü
Hazırda Bakıdan İstanbula iki reysin uçuşu gecikir - AZAL
Özəl sektorun Qarabağda quruculuq prosesinə cəlb edilməsi işlərin sürətli həyata keçirilməsinə zəmin yaradır - Nazir müavini
Əli Əsədovla Belarusun Baş naziri arasında telefon danışığı olub
Azərbaycan yaxın zamanlarda Qarabağı ən gözəl regiona çevirəcək - Şahin Mustafayev
Sabahın hava proqnozu açıqlanıb
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
İşğaldan azad olunan ərazilərin bərpasına öz töhfəmizi verəcəyik - İranın şəhərsalma naziri
Azad edilmiş ərazilərdə aqrar emal müəssisələrinin yaradılması nəzərdə tutulur - Nazir müavini
Azad olunmuş rayonlarda qoşunların fasiləsiz hərəkəti təmin edilir (VİDEO)
Sabunçuda 43 yaşlı kişini döyüb öldürən şəxs həbs edildi
Azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərənlər arasında qadın sahibkarlarımız da var - Orxan Məmmədov
KOB İnkişaf Mərkəzləri tərəfindən 2021-ci il ərzində keçirilən təlimlərdən 9000-ə yaxın qadın yararlanıb
Bakıda narkotik qəbul edən taksi sürücüsü saxlanılıb (FOTO/VİDEO)
Birinci vitse-prezident Mehriban Əliyeva Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik edib (FOTO)
Qarabağ və Şərqi Zəngəzurda qadın sahibkarlığın inkişafına nail olunmalıdır - Bahar Muradova
Sumqayıtda Qadın Resurs Mərkəzi açılacaq
Yunanıstanda kəskin hava şəraitinə görə məktəb və idarələr bağlanıb
Azərbaycan nefti ucuzlaşıb
Ərazi bütövlüyünün təmini gələcəkdə Azərbaycanın sürətlə inkişafına səbəb olacaq - YAP-ın sədr müavini
Dəfələrlə məhkum olunmuş "falçı" qadın saxlanılıb - 4800 manatlıq qızıl oğurlayıb
Könüllü vergi ödənişlərinin xüsusi çəkisi 90 faizə yaxınlaşıb - Nazir
Zakir Həsənovun İrana səfəri başlayıb
İşğaldan azad olunan ərazilərdə üç gömrük postu istifadəyə verilib
Qazaxıstan, Özbəkistan və Qırğızıstanda eyni anda işıqlar sönüb
Azərbaycanda ərəblərin növbəti "ov macəraları" araşdırılır - AÇIQLAMA
ADU-nun rektoru Mərakeş səfiri ilə görüşüb (FOTO)
Bakıda qanunsuz parklanmaya görə 35-ə yaxın nəzarətçi saxlanıldı, 1000 nəfər cərimələndi
“ADY Konteyner” Assaka-Bakı marşrutu üzrə ilk konteyner blok qatarının çatdırılmasını həyata keçirib
Bakıda avtomobildən 11 min manat oğurlandı
Borca görə müəllimi qətlə yetirən şəxsə hökm oxundu
Şirvanda oğurluq edən iki nəfər saxlanılıb (FOTO)
Bakı Ali Neft Məktəbində ITACA Təlim və Tədqiqat Mərkəzi açılıb (FOTO)
Visa ABB-ni mükafatlandırıb
Evini tərk edən daha bir koronavirus xəstəsinə cinayət işi başlanıb
Ötən il İcbari Tibbi Sığorta Agentliyinə daxil olan müraciətlərin yarısı koronavirusla bağlı olub
Bu şəxslər də karantində 7 gün qalacaq - Yeni qərar
Kürdəmirdə yeni nov kanallar quraşdırılıb (FOTO)
Bütün xəbərlər