...

Bakı Ali Neft Məktəbi əcnəbi tələbələr üçün Yay məktəbi təşkil edir

Cəmiyyət Materials 1 Avqust 2019 11:14 (UTC +04:00)

Bakı Ali Neft Məktəbi (BANM) tərəfindən İtaliyanın Milan-Bikokka Universitetinin birgə təşkilatçılığı və “Maire Tecnimont” şirkətinin dəstəyi ilə Bakıda Yay məktəbi təşkil olunacaq.

BANM-dən Trend-ə bildirilib ki, 16-24 sentyabr 2019-cu il tarixlərində keçiriləcək Yay məktəbi “Davamlı ətraf mühit üçün enerji həlləri” mövzusuna həsr olunacaq.
Yay məktəbində əcnəbi tələbələrlə yanaşı, Bakı Ali Neft Məktəbinin III və IV kurs tələbələri, o cümlədən magistrantlar iştirak edəcək. Ümumilikdə, Yay məktəbinə 35 iştirakçı qatılacaq.

Proqram çərçivəsində iştirakçılar beynəlxalq və yerli ekspertlərin məruzələrini dinləmək, müxtəlif sosial-mədəni fəaliyyətlərə qoşulmaq və ölkəmizdə fəaliyyət göstərən istehsal strukturlarına təşkil edilən texniki səfərlərdə iştirak etmək imkanı əldə edəcəklər.

Yay məktəbi müddətində BANM-in yüksəkixtisaslı professor-müəllim heyəti tərəfindən iştirakçılara müxtəlif mövzuları əhatə edən təlimlər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti