...

BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir (FOTO)

Cəmiyyət Materials 19 Avqust 2019 14:13 (UTC +04:00)
2019/2020-ci tədris ili üçün Bakı Dövlət Universitetinə qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir.
BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir (FOTO)

Bakı. Trend:

2019/2020-ci tədris ili üçün Bakı Dövlət Universitetinə (BDU) qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir.

Trend-in məlumatına görə, 16 fakültə və 65 ixtisas uzrə aparılan sənəd qəbulunun asan və rahat keçməsi üçün bütün zəruri tədbirlər görülüb.

Dekan və dekan müavinləri, tyutorlar və məsul şəxslərin iştirakı ilə aparılan sənəd qəbulu prosesinə həmçinin universitetin könüllü tələbələri də dəstək verirlər.

Sənədlərin qəbulu avqust ayının 15-dən 27-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 900-1700–dək universitetin əsas binasının 1-ci mərtəbəsində keçirilir və hal-hazırda qəbul olunanların 1/3-i qeydiyyatdan keçib.

Qeyd edək ki, 23 mindən çox tələbəsi olan Bakı Dövlət Universitetinə hər il 5 mindən çox tələbə qəbul olur. BDU-nun Qazax filialı da daxil olmaqla ölkə ali təhsil müəssisələri arasında ən çox tələbə qəbulu bu universitetin payına düşür.

BDU rəhbərliyi və kollektivi tələbə adını qazanan gəncləri və onların valideynlərini təbrik edir, təhsildə uğurlar arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti