...

Küləyin fəsadlar yaratmaması üçün "Azərişıq" ASC-nin əməkdaşları qabaqlayıcı tədbirlər görür

Cəmiyyət Materials 24 Avqust 2019 23:05 (UTC +04:00)
Hazırda ölkəmizin Qərb Regionunda müşahidə olunan güclü küləyin fəsadlar yaratmaması üçün "Azərişıq" ASC-nin əməkdaşları qabaqlayıcı tədbirlər görür
Küləyin fəsadlar yaratmaması üçün "Azərişıq" ASC-nin əməkdaşları qabaqlayıcı tədbirlər görür

Bakı. Samir Əli - Trend:

Hazırda ölkəmizin Qərb Regionunda müşahidə olunan güclü küləyin fəsadlar yaratmaması üçün "Azərişıq" ASC-nin əməkdaşları qabaqlayıcı tədbirlər görür.

Bunu Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

T.Mustafayevin sözlərinə görə, hazırda bir neçə rayon ərazisində əlavə avadanlıqlar hazır vəziyyətə gətirilib:

"Güclü küləyin 0,4kVt-luq şəbəkələrdə fəsadlar yarada biləcəyini nəzərə alaraq əməkdaşlarımız qabaqlayıcı tədbirlər görür. Bundan əlavə Qərb regionunda olan Daşəkəsən, Göygöl və digər rayonlarda əlavə mal-material hazırlığı görülüb. Bundan əlavə hazırda Şimal regionunda da külək müşahidə edilir. Baş verə biləcək kəsintilərin qarşısını almaq üçün "Azərişıq" əməkdaşları operativ şəkildə lazımi tədbirlər görür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti