...

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Cəmiyyət Materials 29 Avqust 2019 09:13 (UTC +04:00)
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır
Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Bakı. İlhamə İsabalayeva - Trend:

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, abituriyentlər 29 avqust saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Göstərilən müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti