...

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub

Cəmiyyət Materials 4 Sentyabr 2019 12:04 (UTC +04:00)
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub.
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub

Bakı. İlhamə İsabalayeva - Trend:

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, əlavə yerləşdirmə zamanı uğur qazanmış namizədlər sentyabrın 10-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Zəruri sənədlər sırasına şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış və kadrlar uçotunun şəxsi vərəqəsi daxildir.

Qeyd edək ki, sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti