...

“Toplan” sahibsiz itlərə Qayğı Mərkəzi itlər üçün yeni sığınacaqlar inşa edir

Cəmiyyət Materials 9 Sentyabr 2019 12:50 (UTC +04:00)
Bakı şəhərindəki sahibsiz itlərlə bağlı həyata keçirilən layihənin davamı olaraq yeni it sığınacağı yaradılacaq
“Toplan” sahibsiz itlərə Qayğı Mərkəzi itlər üçün yeni sığınacaqlar inşa edir

Bakı. Trend:

Bakı şəhərindəki sahibsiz itlərlə bağlı həyata keçirilən layihənin davamı olaraq yeni it sığınacağı yaradılacaq.

Trend-in məlumatına görə, Abşeron rayonu Pirəkəşkül qəsəbəsində 5 min it yerlik olacaq bu sığınacaqda “Toplan” sahibsiz itlərə Qayğı Mərkəzi tərəfindən küçələrdən toplanan və mərkəzdə müəyyən tibbi prosedurlardan keçən itlər məskunlaşacaq. Yeni sığınacaq sahibsiz itlərin məskunlaşma yeri olmaqla yanaşı, həmçinin onların baytar, qida və yaşayış üçün digər zəruri qayğı ilə əhatələndiyi məkan olacaq. Pirəkəşkül qəsəbəsindəki sığınacağın 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Bununla yanaşı, “Toplan” sahibsiz itlərə Qayğı Mərkəzi fərdi şəxslər tərəfindən yaradılan sığınacaqlara dəstək göstərilməsi istiqamətində daha bir layihəni başa çatdırmaq üzrədir. Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki park ərazisində olan it sığınacağının müraciəti əsasında “Toplan” Mərkəzi onların mövcud şəraitinin yaxşılaşdırılması işlərini həyata keçirib. Müraciət əsasında “Toplan” sahibsiz itlərə Qayğı Mərkəzi tərəfindən itlər üçün yeni ünvanda müasir tələblərə cavab verən sığınacaq inşa olunub.

Sentyabr ayında istifadəyə veriləcək bu sığınacaqda it qəfəsləri, su, kanalizasiya və işıqlandırma sistemi qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti