...

Son 5 ildə Azərbaycanda 14 mindən çox əkiz, 380-dən çox üçəm doğulub - Oğlanlar üstünlük təşkil edir (ÖZƏL)

Cəmiyyət Materials 21 Oktyabr 2019 14:04 (UTC +04:00)
Son 5 il ərzində Azərbaycanda 14 274 əkiz, 387 üçəm uşaq doğulub.
Son 5 ildə Azərbaycanda 14 mindən çox əkiz, 380-dən çox üçəm doğulub - Oğlanlar üstünlük təşkil edir (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva - Trend:

Son 5 il ərzində Azərbaycanda 14 274 əkiz, 387 üçəm doğulub.

Trend-in məlumatına görə, əkizlərin 7038-i qız, 7236-sı oğlan olub. Əkiz qızların 3861-i şəhər, 3177-i kənd yerlərində, əkiz oğlanların 4009-u şəhər, 3227-si kənd yerlərinin payına düşüb.

Son 5 ildə ölkədə əkiz uşaqların ən çox doğulduğu il 2014-cü il olub. Həmin ildə 3148 əkiz uşaq dünyaya göz açıb. Sonrakı 4 ildə isə əkizlərin sayı getdikcə azalıb. 2015-ci ildə Azərbaycanda 3054, 2016-cı ildə 2734, 2017-ci ildə 2586, 2018-ci ildə 2752 əkiz uşaq doğulub. Əkizlərin çoxu şəhər yerlərində dünyaya gəlib.

2014-cü ildə doğulan əkizlərin 1698-i, 2015-ci ildə 1660-ı, 2016-cı ildə 1508-i, 2017-ci ildə 1442-si, 2018-ci ildə 1562-si şəhər yerlərinin payına düşüb

Üçəmlərə gəldikdə, son 5 ildə Azərbaycanda doğulan üçəmlərin sayının ən çox olduğu il 2018-ci il olub.

2014-cü ildə ölkədə 60, 2015-ci ildə 84, 2016-cı ildə 69, 2017-ci ildə 57, 2018-ci ildə 117 uçəm körpə dünyaya göz açıb.

Ümumilikdə, üçəmlərin çoxu şəhər yerlərində doğulsa da, ötən il kənd yerlərində dünyaya göz açan üçəmlərin sayı daha çox olub.

2014-cü ildə doğulan üçəmlərin 36-sı, 2015-ci ildə 60-ı, 2016-cı ildə 139-u, 2017-ci ildə 30-u, 2018-ci ildə 54-ü şəhər yerlərinin payına düşüb.

Ümimilikdə son 5 ildə doğulan üçəmlərin 192-si qız, 195-i oğlan olub. Üçəm qızların 117-si şəhər, 75-i kənddə, üçəm oğlanların 102-si şəhər, 93-ü kənddə yaşayan ailələrin övladları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti