...

Təqaüddə olan deputatların da pensiyası artacaq - Komitə sədri

Cəmiyyət Materials 18 Sentyabr 2019 15:25 (UTC +04:00)
Gələn ilin yanvarında pensiyalarda indeksləşmənin çox -15 faiz olacağı gözlənilir.
Təqaüddə olan deputatların da pensiyası artacaq - Komitə sədri

Bakı. İlhamə İsabalayeva - Trend:

Gələn ilin yanvarında pensiyalarda indeksləşmənin çox -15 faiz olacağı gözlənilir. Çünki bu il əməkhaqlarında ciddi artımlar oldu.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edən komitə sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli qeyd edib ki, deputatların əməkhaqqı artıb, amma təqaüddə olan millət vəkillərinin pensiyasındakı artım faktiki olmayıb: “Yanvarın 1-dən həmin şəxslərin də pensiyaları artacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti