...

2019-cu ildə Azərbaycan Qran Prisini 90,2 milyon tamaşaçı canlı izləyib

Cəmiyyət Materials 3 Oktyabr 2019 15:38 (UTC +04:00)
Formula 1 yarışlarının keçirilməsinə dair müqavilənin 2023-cü ilədək uzadılması, yeni yaranmış imkanlar 50 milyon dollaradək vəsaitin qənaət olunmasına şərait yaradıb.
2019-cu ildə Azərbaycan Qran Prisini 90,2 milyon tamaşaçı canlı izləyib

Bakı. Elçin Mehdiyev – Trend:

Formula 1 yarışlarının keçirilməsinə dair müqavilənin 2023-cü ilədək uzadılması, yeni yaranmış imkanlar 50 milyon dollaradək vəsaitin qənaət olunmasına şərait yaradıb. Trend-in məlumatına görə, bunu Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, 2019-cu ildə Azərbaycan Qran Prisini 90,2 milyon televiziya tamaşaçısı canlı izləyib və əvvəlki illə müqayisədə bu göstərici üzrə 10 faizlik artım qeydə alınııb.

2019 Azərbaycan Qran Prisi haqqında 37 mindən çox məqalə yayımlanıb. Bunun ümumi media dəyəri 131 milyon dollar təşkil edib. Ümumilikdə 307 milyon nəfər bu və ya digər şəkildə Bakı yarışı haqqında məlumat əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti