...

Səhiyyə Nazirliyi rezidentlərin ödənişsiz təhsil alması üçün dövlət qurumlarına müraciət edib

Cəmiyyət Materials 4 Oktyabr 2019 16:28 (UTC +04:00)
Səhiyyə Nazirliyi ötən il rezidenturaya qəbul olmuş rezidentlərin ödənişsiz təhsilinin təmin olunması üçün müvafiq dövlət qurumlarına müraciət edib.
Səhiyyə Nazirliyi rezidentlərin ödənişsiz təhsil alması üçün dövlət qurumlarına müraciət edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi ötən il rezidenturaya qəbul olmuş rezidentlərin ödənişsiz təhsilinin təmin olunması üçün müvafiq dövlət qurumlarına müraciət edib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün Səhiyyə Nazirliyinin önündə bir qrup tələbənin səsləndirdiyi məsələnin həlli nə universitet rəhbərliyi, nə də Səhiyyə Nazirliyinin səlahiyyətinə aid deyil:

"Səhiyyə Nazirliyi bu məsələnin həlli, yəni ötən il rezidenturaya qəbul olmuş rezidentlərin ödənişsiz təhsilinin təmin olunması ilə bağlı müvafiq olaraq Təhsil Nazirliyi və Maliyyə Nazirliyinə müraciət edib. Hazırda həmin müraciətə cavab gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti