Bakıda müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsinə dair beynəlxalq regional seminar işə başlayıb (FOTO)

Bakıda müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsinə dair beynəlxalq regional seminar işə başlayıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Bakıda keçirdiyi "Müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi: əsas prinsiplər və beynəlxalq təcrübə" mövzusunda beynəlxalq regional seminar işə başlayıb.

Trend-in məlumatına görə, böyük maraqla qarşılanan bu beynəlxalq tədbirdə Polşa, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdən xarici qonaqlar iştirak edir: ÜƏMT, CISAC, Avrasiya İqtisadi Komissiyası, Sony-Music kimi beynəlxalq təşkilatlar geniş təmsil olunur. Tədbirdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov beynəlxalq regional seminarın mövzusunun aktuallığından danışıb.

Diqqətə çatdırıb ki, texnologiyaların təsiri altında dinamik şəkildə dəyişən dünya, meydana çıxan qlobal çağırışlar milli dövlətlərin qarşısında davamlı inkişaf yollarını axtarmaq vəzifələri qoyur. Müstəqil inkişaf yolu olan Azərbaycan bu gün ölkə rəhbərliyinin təşəbbüsü ilə başlamış və müsbət inkişaf üçün bütün pozitiv imkanları optimallaşdırmağa yönələn islahatların yeni mərhələsindən keçir. İctimai tələblərə adekvat islahatlar cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Azərbaycan "Doing Business-2019" reytinqinə görə 190 ölkə arasında 25-ci yerdə, o cümlədən "biznesin başlaması" göstəricisi üzrə 9-cu, "kiçik investorların maraqlarının qorunması" üzrə 2-ci, "vergilərin ödənilməsi" üzrə 28-ci yerdədir. "Doing Business-2020" hesabatında Azərbaycan yüksək nəticə ilə 34-cü yeri tutaraq, hətta "kreditlərin əlçatanlığı" göstəricisinə əsasən, birincidir və islahatçı 20 ölkə sırasına daxil edilib.

Dünya İqtisadi Forumunun "Qlobal rəqabətqabiliyyətlilik indeksi–2019" hesabatında Azərbaycan 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutur və 12 indikatordan 8-i üzrə irəliləyib. Bununla da ölkənin inamlı innovasiyalı inkişafı təsdiqlənir. Belə ki, Azərbaycan qanunvericiliyin effektivliyi subindeksinə görə 13-cü, rəqəmli biznes modellərinə hüquqi çərçivənin uyğunlaşması üzrə 23-cü, hökumətin dəyişikliklərə olan reaksiyası üzrə 5-ci və hökumətin gələcəyə yönəlmiş fəaliyyətinə uzaqgörənliyinə görə 10-cu yerləri tutur.

Kamran İmanov bildirib ki, son rəqabətqabiliyyətlilik indeksinə əsasən, Azərbaycan "əqli mülkiyyətin qorunması" göstəricisi üzrə 141 ölkə arasında 30-cu yerdə qərarlaşıb. Burada diqqəti cəlb edən odur ki, 2015-2016-cı illərdən, yəni islahatların yeni mərhələsindən başlayaraq, bu göstərici ardıcıl olaraq yaxşılaşır. 2015-ci ildə 92-ci yerdən 2016-2017-ci illərdə – 71-ci, 2017-2018 – 37-ci, sonra 36-cı və nəhayət 2019-cu ildə 30-cu yerdə qərarlaşıb. Buna paralel olaraq, patent sifarişlərində də artım görünür.

Bu ilin oktyabr ayında ÜƏMT-nin Baş Assambleyasında Azərbaycan Büdcə və Proqram Komitəsinə seçilib, rotasiya əsasları ilə Koordinasiya Komitəsində təmsil olunacaq və Azərbaycanın nümayəndəsi ilk dəfə olaraq, müəllif hüququ üzrə 1886-cı ildən qüvvədə olan və 170 ölkəni birləşdirən məşhur Bern Konvensiyası Assambleyasının sədri vəzifəsinə layiq görülüb. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri vurğulayıb: "Bütün bunlar Prezident İlham Əliyevin islahatlarının dərinləşdirilməsinin qiymətləndirilməsidir, islahatların davamlılığına verilən beynəlxalq dəyərdir, bir tərəfdən dövlət başçımızın iqtisadi strategiyasının doğru yolda olmasıdır, digər tərəfdən institusional islahatların həyata keçirilməsinin nəticəsidir.

Əqli mülkiyyət sahəsi həyata keçirilən islahatların innovasiyalı əsasları ilə dəqiq rezonans yaradaraq, bunların nəticəsində əhəmiyyətli, institusional və funksional dəyişikliklərlə müşahidə olunur. Əqli Mülkiyyət Agentliyi yaradılıb, onun mandatı həm müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsini, həm də sənaye mülkiyyəti sahəsini əhatə edir. Agentliyin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası və Əqli Mülkiyyət Hüquqlarının Təminatı mərkəzləri yaradılıb, Respublika Elmi-Texniki Kitabxanası onun tərkibinə verilib.

Texnologiyaların transferi və kommersiyalaşdırılması mərkəzlərinin və İnnovasiyalara dəstək mərkəzlərinin yaradılması və onların fəaliyyəti üzrə genişmiqyaslı iş aparılır. Beləliklə, aparılmış islahatlar nəticəsində özündə vəhdət təşkil edən üçlük formulu: koqnitivlik, kreativlik və kommersiyalaşmanı birləşdirən özünəməxsus idarəetmə modeli aktuallaşıb".

Bu müvəffəqiyyətlərlə yanaşı, müəllif-hüquq sahəsində kollektiv idarəetmə məsələlərinin önəminə diqqət çəkən Kamran İmanov bildirib ki, müəllif-hüquq sisteminin bu istiqaməti yaradıcıları stimullaşdırmalı, onların əsərlərinin istifadəsi ilə bağlı qonorar yığımını təşkil etməli, hətta müəllifləri layiqincə həvəsləndirməklə müəllif-hüquq sisteminin nüfuzunu artırmalıdır. Odur ki, Əqli Mülkiyyət Agentliyi ÜƏMT qarşısında təşəbbüslə çıxış edərək, bu beynəlxalq regional seminarın keçirilməsinə nail oldu.

Əqli Mülkiyyət Agentliyinin Idarə Heyətinin sədri bildirib ki, konfransda müzakirəyə çıxarılan məsələlər sırasında böyük əhəmiyyətə malik olan problemlər mövcuddur. Kamran İmanov deyib: "İlk növbədə, regionun müəllif hüquqları və əlaqəli hüquqlarla bağlı kollektiv idarəetmənin hüquqi bazasının müqayisəli təhlilidir. Bu sıraya rəqəmsal erada kollektiv idarəetmə qarşısında duran yeni çağırışlar və onlara adekvat cavabların axtarışı daxildir. Hesab edirəm ki, kollektiv idarəetməyə strateji yanaşma – hüquq sahiblərinin müstəsna hüquqlarının məhdudlaşdırılması və bununla bağlı məcburi və könüllü kollektiv idarəetmənin həyata keçirilməsi, dövlət və ya özəl kollektiv idarəetmə təşkilatlarına üstünlüyün verilməsi aktual problemlərdən biridir. Nəhayət, kollektiv idarəetmənin şəffaflığı, dürüstlüyü, transparentliyi, korporativ maraqlara, ayrı-seçkiliyə yox, yalnız hüquq sahiblərinin mənafeyinə xidmət edilməsi, dövlətin bu təşkilatlarla bağlı nəzarət sisteminin səmərəliliyinin artırılması məsələsidir.

Həmin məsələlər ətrafında müzakirələrin aparılmasını, uğurlar və həllini gözləyən problemlər üzrə rəylərin səslənməsini, qabaqcıl təcrübənin mübadiləyə çevrilməsini, bir sözlə, bütün bunları kollektiv idarəetmənin gələcəyi naminə verilən töhfə kimi qiymətləndirirəm".

Kamran İmanov qeyd edib ki, mədəni müxtəlifliyə hörmət və ehtiram mədəni hüquqların, o cümlədən əqli mülkiyyət hüquqlarının həyata keçirilməsindədir. Bu isə öz növbəsində kreativliyin və yenilikçiliyin həvəsləndirilməsidir. Fərdi səviyyədə buna qulluq edən müəlliflik hüququ və sənaye mülkiyyəti obyektlərinin qorunmasına dair qanunvericilik bazası və onu icra edən dövlət orqanı və digər sahə subyektləridir. Kütləvi (icma, etnos, millət) səviyyədə isə ənənəvi mədəni nümunələrin (folklorun) və ənənəvi biliklərin qorunmasına aid müvafiq qanunvericilik və icrasını təmin edən müvafiq orqandır. Azərbaycanda bu sadalanan funksiyaları yerinə yetirən Əqli Mülkiyyət Agentliyidir. KİT-ları isə müəllif-hüquq sahəsinin subyektləridir.

"Xarici qonaqların, peşəkarların bu tədbirdə iştirakını nəzərə alaraq, qeyd etməliyəm ki, əqli mülkiyyət obyektlərinin başında mədəni ənənələr durur, bu dünyaya gəldiyimiz gündən və beşikdən başlayaraq son mənzilimizə qədər bizi müşayiət edən də ənənələrdir. Ənənələrdə etnosun həm təbii-bioloji, həm də yaradıcı – mənəvi gücü və qüdrəti təbiətlə və doğma torpaqla bağlıdır. Milli təfəkkür və fərdi təəssübkeşlik, etnik dərketmə və fərdi səciyyə, mənəvi dəyərlər və fərdi davranış stereotipləri – bütün bunlar doğma yurdla, əcdadlarla ayrılmaz tellərlə əlaqədədir.

Sadalanan etnoloji və etnoqrafik üzvi əlaqələr: "insan – yaşadığı məkan", "doğma torpaq – bədii şüur", "yaradıcı təfəkkür - təbiət" öz əksini adət-ənənələrdə tapır, "milli ruhun arxeologiyası" adlanır, qocalmağa məruz qala bilməyən, canlı, daim inkişafda olan varidatımızdır, bizim elə keçmişimizdir ki, onsuz bu günümüzün gələcəyi yoxdur. Bunlar bizim keçmişimizin tərəqqisidir və bu günümüzün tərəqqisi sabahkı yeni ənənəyə çevriləcək", - deyə Agentliyin İdarə Heyətinin sədri vurğulayıb. Kamran İmanov qeyd edib ki, son elmi araşdırmalara görə, ənənələrdə cəmləşən folklor və ənənəvi biliklərin təbii yaranma və inkişaf yolu müəyyən ərazidə iqlim, flora, faydalı qazıntıların yoluna bənzəyir və tarixi proses bu ənənələri vacib təbii resursa və milli sərvətin çox dəyərli hissəsinə gətirib çıxarır. Bununla ənənələr nəinki mədəni, eləcə də iqtisadi, ərazi inkişafı alətinə çevrilir. Deməli, ənənələrin daimi olan mədəni-humanitar vacibliyi ilə yanaşı, onun qorunması əhəmiyyətli dərəcədə sosial-iqtisadi inkişaf aləti olmasından da irəli gəlir.

Oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirildiyini xatırladan Kamran İmanov Prezident İlham Əliyevin həmin tədbirdə söylədiyi nitqindən sitat gətirib: "Azərbaycanın dövlət müstəqilliyinin cəmi 28 yaşı var. Bir həftə öncə - oktyabrın 18-də müstəqilliyimizin bərpa olunması gününü qeyd etdik.

Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür...

Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, işğal olunmuş ərazilərdə və bu torpaqlardan qovulan sakinlərin – Azərbaycan vətəndaşlarının öz mədəni irsini yaşatmaqdan məhrum olması Ermənistan tərəfinin törətdiyi çirkin əməllərin bir tərəfidir. Digəri isə ərazilərimizə göz dikən və erməniçiliyin "böyük Ermənistan" xülyası ilə yaşayan bədnam qonşularımızın ərazi iddialarını "əsaslandırmaq" üçün maddi və qeyri-maddi mədəni irsimizə təcavüz edərək, bunu "Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi"nə çevirməkdə davam etməsidir. "Xarici qonaqlarımız bilməlidirlər ki, bu xüsusi növ piratçılıq – erməni-hay plagiatçılığı, mənimsəməsi, özününküləşdirilməsi və saxtakarlıqları faktlarıdır. Bir sözlə, söhbət xalqımıza və Azərbaycan vətəndaşlarına məxsus olan əqli mülkiyyətin oğurlanmasından gedir.

Bu gün maddi-mənəvi dəyərlərin, qədim mədəniyyət nümunələrinin, müəllif əsərlərinin özününküləşdirilməsi faktları qloballaşma prosesini müşayiət edən "zərərsiz plagiat" cəhdləri kimi dəyərləndirilməməlidir. Bu gün ermənilər tərəfindən türk xalqına, xüsusən azərbaycanlılara xas qədim abidələrin, folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin və müəllif əsərlərinin məqsədli şəkildə mənimsənilmə cəhdləri heç də "mədəniyyətlərarası inteqrasiya prosesi"nin təzahürü deyildir. Belə səylərin arxasında siyasi maraqların dayanması birmənalıdır. Məqsəd azərbaycanlılara məxsus maddi-mədəniyyət irsini özününküləşdirməklə, hayların guya Cənubi Qafqaz regionunun "ən qədim köklü sakinləri" olmasına, "böyük hay mədəniyyəti", "böyük Ermənistan" xülyasının gerçəkləşdirilməsinə dair saxta "faktoloji materiallar" toplamaq və bu barədə beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqdır.

Bir sözlə, erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqəlidir, işğal edilmiş Azərbaycan torpaqlarını imkan çərçivəsində özündə saxlayaraq, digər torpaqlara göz dikməkdədir.

Bu tendensiya çox xatalıdır, beynəlxalq cəmiyyətin firavan gələcəyi üçün bəlalı və problemlər yaradan bir fəsaddır. Odur ki, "Azərbaycan mədəni ənənələrinin özününküləşdirilməsi erməni-hay ənənəsi" və onun müasir residivlərinə sipər çəkilməlidir və biz əqli mülkiyyətin keşiyində dayanan təşkilat kimi bu faktların ifşasında gücümüzü əsirgəməyəcəyik", - deyə Kamran İmanov vurğulayıb.

Beynəlxalq regional seminarda çıxış edən ÜƏMT-nin Müəllif Hüquqlarının İdarəetmə Departamentinin direktoru Benua Müller aktual mövzuya həsr olunan tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib, burada iştirakından məmnunluğunu ifadə edib. Diqqətə çatdırıb ki, sürətlə dəyişən dünyada müəlliflik hüquqları ilə məşğul olanların və maraqlı tərəflərin müvafiq sahədə vacib olan faktları və strategiyanı araşdırmaları, göstərilən səyləri qiymətləndirmələri çox vacib məsələlərdir. Bir sıra hallar mövcuddur ki, fərdi şəkildə əqli mülkiyyət hüquqlarının idarə edilməsi praktik baxımdan qeyri-mümkündür. Bu kimi problemlərin, habelə qanunvericilik mexanizmləri və onların tətbiqində çətinliklərin, əqli mülkiyyətlə bağlı qanunvericiliyin prioritetlərində öncül məsələnin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılması, fikir və təcrübə mübadiləsi baxımından Bakıda təşkil edilən beynəlxalq regional seminar böyük əhəmiyyət daşıyır.

ÜƏMT-nin Keçid və inkişaf etmiş ölkələr departamentinin Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri bölməsinin müdiri İlya Qribkov biliklərə əsaslanan iqtisadiyyatda əqli mülkiyyət, eləcə də müəllif hüquqlarının qorunmasının vacibliyini qeyd edib, aparılacaq müzakirələrin problemlərin həll yollarının müəyyənləşdirilməsinə kömək edəcəyinə əminliyini bildirib.

Tədbirdə “ÜƏMT-nin müəllif hüquqları və əlaqəli hüquqlar üzrə müqavilələrinin qəsa icmalı. Audiovizual ifalara dair Pekin Müqaviləsi: həyata keçirilmənin mümkün şərtləri və variantları; milli həllərin müqayisəli təhlili”, “Regionda müəllif hüquqları və əlaqəli hüquqların kollektiv idarə olunması üçün hüquqi baza və perspektivlər”, “Regionda müəllif hüquqları və əlaqəli hüquqların kollektiv idarə olunması: praktik çağırışlar və imkanlar” mövzularında məruzələr dinlənilir və müzakirələr aparılır.

Beynəlxalq regional seminar oktyabrın 30-da davam edəcək.

“ADY Konteyner” Assaka-Bakı marşrutu üzrə ilk konteyner blok qatarının çatdırılmasını həyata keçirib
“ADY Konteyner” Assaka-Bakı marşrutu üzrə ilk konteyner blok qatarının çatdırılmasını həyata keçirib
"Bitcoin" 2021-ci ilin iyul ayından bəri ilk dəfə 34,2 min dollardan aşağı satılıb
"Bitcoin" 2021-ci ilin iyul ayından bəri ilk dəfə 34,2 min dollardan aşağı satılıb
Bitkoinin qiyməti son beş ayda ən aşağı səviyyəyə düşüb
Bitkoinin qiyməti son beş ayda ən aşağı səviyyəyə düşüb
Loading Bars
Xəbər lenti
Baş nazir Əli Əsədov ilə Belarusun Baş naziri arasında telefon danışığı olub
Azərbaycan yaxın zamanlarda Qarabağı ən gözəl regiona çevirəcək - Şahin Mustafayev
Sabahın hava proqnozu açıqlanıb
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini videoformatda qəbul edib (FOTO)
İşğaldan azad olunan ərazilərin bərpasına öz töhfəmizi verəcəyik - İranın şəhərsalma naziri
Azad edilmiş ərazilərdə aqrar emal müəssisələrinin yaradılması nəzərdə tutulur - Nazir müavini
Azad olunmuş rayonlarda qoşunların fasiləsiz hərəkəti təmin edilir (VİDEO)
Sabunçuda 43 yaşlı kişini döyüb öldürən şəxs həbs edildi
Azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərənlər arasında qadın sahibkarlarımız da var - Orxan Məmmədov
KOB İnkişaf Mərkəzləri tərəfindən 2021-ci il ərzində keçirilən təlimlərdən 9000-ə yaxın qadın yararlanıb
Bakıda narkotik qəbul edən taksi sürücüsü saxlanılıb (FOTO/VİDEO)
Birinci vitse-prezident Mehriban Əliyeva Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik edib (FOTO)
Qarabağ və Şərqi Zəngəzurda qadın sahibkarlığın inkişafına nail olunmalıdır - Bahar Muradova
Sumqayıtda Qadın Resurs Mərkəzi açılacaq
Yunanıstanda kəskin hava şəraitinə görə məktəb və idarələr bağlanıb
Azərbaycan nefti ucuzlaşıb
Azad edilmiş ərazilərdə yeni idarəetmə formasının yaradılması ilə bağlı addımlar atılır - Tahir Budaqov
Dəfələrlə məhkum olunmuş "falçı" qadın saxlanılıb - 4800 manatlıq qızıl oğurlayıb
Könüllü vergi ödənişlərinin xüsusi çəkisi 90 faizə yaxınlaşıb - Nazir
Zakir Həsənovun İrana səfəri başlayıb
İşğaldan azad olunan ərazilərdə üç gömrük postu istifadəyə verilib
Qazaxıstan, Özbəkistan və Qırğızıstanda eyni anda işıqlar sönüb
Azərbaycanda ərəblərin növbəti "ov macəraları" araşdırılır - AÇIQLAMA
ADU-nun rektoru Mərakeş səfiri ilə görüşüb (FOTO)
Bakıda qanunsuz parklanmaya görə 35-ə yaxın nəzarətçi saxlanıldı, 1000 nəfər cərimələndi
“ADY Konteyner” Assaka-Bakı marşrutu üzrə ilk konteyner blok qatarının çatdırılmasını həyata keçirib
Vətəndaşların müvəqqəti qeydiyyatı niyə ləğv edilib?
Bakıda avtomobildən 11 min manat oğurlandı
Borca görə müəllimi qətlə yetirən şəxsə hökm oxundu
Şirvanda oğurluq edən iki nəfər saxlanılıb (FOTO)
Bakı Ali Neft Məktəbində ITACA Təlim və Tədqiqat Mərkəzi açılıb (FOTO)
Visa ABB-ni mükafatlandırıb
Evini tərk edən daha bir koronavirus xəstəsinə cinayət işi başlanıb
Ötən il İcbari Tibbi Sığorta Agentliyinə daxil olan müraciətlərin yarısı koronavirusla bağlı olub
Bu şəxslər də karantində 7 gün qalacaq - Yeni qərar
Kürdəmirdə yeni nov kanallar quraşdırılıb (FOTO)
İlk dəfə Cəbrayılın Mahmudlu stansiyasına qədər işçi qatarlar hərəkət edir (FOTO)
Buraxılış imtahanlarında keçirilməyən mövzulardan suallar salınmayacaq - DİM
Bakıda telefon mağazasındakı ölümlə bağlı cinayət işi başlandı
Dənizdə külək enerjisindən istifadə üzrə Yol Xəritəsinin ilkin layihəsi müzakirə olunub (FOTO)
Toyda karantin qaydalarını pozan şəxs həbs edildi
Balakəndə qanunsuz ov edən qonşular saxlanılıb (FOTO)
Bakıda ikimərtəbəli ev yanıb
Şəmkir sakinində silah və narkotik aşkar edilib (FOTO/VİDEO)
İtaliyada prezident seçkilərinin birinci turu nəticəsiz qalıb
Prezident İlham Əliyevin 2022-ci ili Azərbaycanda “Şuşa ili” elan etməsi bütün dünya azərbaycanlıları üçün böyük bayramdır - Xalq artisti Fərhad Bədəlbəyli
Gəncədə avtomobillərdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
İstanbulun Sabiha Gökçen hava limanında bütün əməliyyatlar dayandırılıb
Makron yaxın günlərdə Putin və Zelenski ilə telefonla danışacaq
Haitidə baş verən zəlzələ nəticəsində 50-dən çox insan xəsarət alıb
İstanbulda güclü qar səbəbindən dövlət qulluqçuları inzibati məzuniyyətə göndəriləcək
"F-35" qırıcısı təyyarə gəmisinə enməyə cəhd edərkən qəzaya uğrayıb
Afrika Millətlər Kubokunun oyunu zamanı izdiham baş verib, 6 nəfər yaralanıb
ABŞ-da 8500 hərbçi yüksək hazırlıq vəziyyətinə gətirilib
Meksika mətbuatında 20 Yanvar faciəsindən bəhs edilib (FOTO)
Balotelli 2018-ci ildən bəri ilk dəfə İtaliya milli futbol komandasına çağırılıb
Samuxda kafedə yanğın olub
Burkina Fasoda hərbçilər ölkədə hakimiyyəti ələ keçirdiklərini bildiriblər
Ukraynada hazırkı vəziyyət nəzarət altındadır - Vladimir Zelenski
Ukraynanın baş naziri milli iqtisadiyyatın fəaliyyətinə təhlükənin olmadığını açıqlayıb
Türkiyədə yük terminalının damı güclü qar səbəbindən uçub
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq arzusundadır - Nikol Paşinyan
Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Paşinyan
Azərbaycanın qlobal məsələlərin həllində rolu artmaqdadır - TƏHLİL
Ağcabədidə intihar cəhdinin qarşısı alınıb
Güclü qar səbəbindən Bakı-İstanbul-Bakı axşam reysi ləğv edilib (ƏLAVƏ OLUNUB)
Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlanıb
İstanbul-Bakı-İstanbul üzrə bir neçə aviareys təxirə salınıb
Serbiya baş nazirinin müavini Azərbaycana gələcək
ÜGT-nin Avropa Regionu üçün elektron ticarət üzrə onlayn seminarı başlayıb (FOTO)
“Nar” Azərbaycan çempionu tituluna sahib oldu (FOTO)
Avropada təbii qaz 20 faizə yaxın bahalaşıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Mariana Vasileva Üzgüçülük Federasiyasının rəhbərliyi ilə görüşüb (FOTO)
Azərbaycanda 757 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
Şəhərdaxili hərəkət planının hazırlanması Qaydası təsdiqlənib
Sabunçuda ev yanıb, ölən var
Azərbaycan və İran nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərə birgə səfər edib
Rusiyanın daha bir aviaşirkəti Bakıya birbaşa reyslərə başlayıb
Ötən il 206 milyon manatdan çox maddi ziyan ödətdirilib
Azərbaycanlılara qarşı cinayət törədən 297 erməni barəsində cinayət işi açılıb
Ermənistan prezidenti Armen Sarkisyanın istefasının səbəbləri - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Ağdamda kafedə yanğın olub
Yasamalda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
Prezident İlham Əliyev Fatma Səttarovaya təbrik məktubu ünvanlayıb
Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Almaniyada məşhur universitetdə atışma, yaralılar var
Xorvatiya Azərbaycana üç nümayəndə heyəti göndərəcək
Yanvarın 25-nə USD/AZN rəsmi məzənnəsi
Buraxılış imtahanlarının tarixləri açıqlanıb
Vahid əlaqələndirmə mərkəzlərində 11 min şəxsə xidmət göstərilib
AŞ PA-nın yeni sədri seçilib
H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunda piyada keçidi inşa edilir (FOTO/VİDEO)
Gələn tədris ili üçün informatika fənni üzrə imtahan modeli təsdiqləndi
35 yaşımda çıxıb, 65 yaşımda qayıtdım - Şuşa sakinindən təsirli sözlər (VİDEO)
Serbiyada zavod partlayıb, ölən və yaralanan var
Vilyam Hacıyev vəzifə cinayətləri ilə birgə qanunsuz silah saxlamaqda da təqsirli bilinib
Xəzərdə qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı
Qadağan edilmiş informasiyanı yayan sosial media istifadəçisi həbs olunub
Bakıda narkotacir və mobil telefon oğruları saxlanıldı - Anbaan görüntülər (FOTO/VİDEO)
Bütün xəbərlər