...

Sahil Babayev: Bu il 934 şəhid ailəsinə və əlil şəxslərə mənzil veriləcək

Cəmiyyət Materials 13 Noyabr 2019 17:06 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda bütün imtiyazlı şəxslərin mənzillə təminatı yerli icra hakimiyyətlərinin səlahiyyətindədir. Yalnız 2014-cü ilə qədər mənzil növbəsinə duran Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı Prezidentin müvafiq sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentdə çıxış edərkən deyib.

Nazir bildirib ki, 2014-cü ilin yanvarın 1-dək növbəyə duran şəxslərin siyahısı yerli icra hakimiyyətləri tərəfindən tutularaq nazirliyə təqdim edilib.

S.Babayev söyləyib ki, təkcə bu il 934 şəhid ailəsinə və əliliyi olan şəxslərə mənzillər təqdim ediləcək: “Növbəti il bu proqram daha da genişləndiriləcək. 2-3 il ərzində növbədə duran insanların mənzillə təminatının tam şəkildə həll edilməsi qarşıda məqsəd qoyulub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti