...

UNEC rektoru yeni Tələbə-rektorla görüşüb (FOTO)

Cəmiyyət Materials 18 Noyabr 2019 18:24 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov universitetin yeni Tələbə-rektoru Cavidan Adilzadə ilə görüşüb.
UNEC rektoru yeni Tələbə-rektorla görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov universitetin yeni Tələbə-rektoru Cavidan Adilzadə ilə görüşüb.

Universitetdən Trend-ə verilən məlumata görə, professor Ədalət Muradov yeni Tələbə-rektoru təbrik edərək, ona tövsiyələrini verib. C.Adilzadəyə UNEC-də fəaliyyət göstərən tələbə təşkilatları ilə daha sıx şəkildə fəaliyyət göstərməyin, birgə layihələrin həyata keçirilməsinin önəmi qeyd edib, tələbə-rektoru tələbələrlə bağlı bütün məsələlərdə fəal olmağa, onların problemləri ilə yaxından maraqlanmağa çağırıb. Görüşdə “Tələbə senatı” və “Tələbə auditi”nın yaradılmasının vacibliyi vurğulanaq, həmin təşkilatların tələbə özünüidarəetməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.

Rektor görüşdə iştirak edən, fəaliyyət müddəti bitmiş tələbə rektor Elmir Sadıqovun fəaliyyətini yüksək qiymətləndirərək, onunla çalışmaqdan məmnunluğunu ifadə edib.

Sonda rektor Ədalət Muradov yeni Tələbə-rektora fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti