...

“Azəriqaz”: Naməlum şəxs sayğac kartlarının dəyişdirilməsi adı ilə pul yığır (VİDEO)

Cəmiyyət Materials 4 Dekabr 2019 18:46 (UTC +04:00)
Hər abonentdən 10 manat tələb edilir.
“Azəriqaz”: Naməlum şəxs sayğac kartlarının dəyişdirilməsi adı ilə pul yığır (VİDEO)

Bakı. Trend:

Bir neçə gündür ki, Nizami rayonunun Elşən Süleymanov küçəsində bina evlərindən bir nəfər naməlum şəxs smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi adı ilə pul yığır. Hər abonentdən 10 manat tələb edilir.

Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, qurumun əməkdaşları abonentlərlə heç vaxt bu cür ünsiyyətdə olmur və smart-kartların zədələnmədiyi halda istifadə müddəti məhdudiyyətsizdir. Həmin şəxsin müşahidə kameraları ilə qeydə alınan görüntülərini “Azəriqaz” İB-nin “youtube kanalındakı bu ünvanından (https://www.youtube.com/watch?v=rRJjNEbF8a4) izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti