...

Azərbaycan Ordusu bu ay 200 mindən artıq ağac əkəcək

Cəmiyyət Materials 16 Dekabr 2019 12:13 (UTC +04:00)
Dekabr ayının sonunadək Azərbaycan Ordusunda 200 mindən artıq ağac əkiləcək
Azərbaycan Ordusu bu ay 200 mindən artıq ağac əkəcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ağacəkmə təşəbbüsünə qoşulan Azərbaycan Ordusunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib.

Aksiya çərçivəsində ötən həftənin şənbə və bazar günləri ərzində birlik, birləşmə, hərbi hissələr, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, idarə və təşkilatların ərazilərində müxtəlif növdə 40 min ağac əkilib. Aksiya başlayandan bu günədək isə bu say ümumilikdə 100 mindən artıqdır.

Qeyd edək ki, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Ordusunda mütəmadi olaraq genişmiqyaslı yaşıllaşdırma işləri aparılır.

Ətraf mühitin mühafizəsinə və yaşıllıqların arıtırılmasına töhfə verən bu cür ağacəkmə aksiyalarının davamlı olaraq keçirilməsi və dekabr ayının sonunadək 200 mindən artıq ağacın əkilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti