...

Kamran Əliyev BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Assembleyasının 8-ci sessiyasında iştirak edir (FOTO)

Cəmiyyət Materials 18 Dekabr 2019 12:57 (UTC +04:00)
Kamran Əliyev Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Assembleyasının 8-ci sessiyasında iştirak edir.
Kamran Əliyev BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Assembleyasının 8-ci sessiyasında iştirak edir (FOTO)

Bakı. Trend:

Kamran Əliyev Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Assembleyasının 8-ci sessiyasında iştirak edir.

Dekabr ayının 16-da Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Assembleyasının 8-ci Sessiyası öz işinə başlayıb.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikası Prokurorluğu, Xarici İşlər və Daxili İşlər Nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə təmsil edir.

Kamran Əliyev konfransda çıxış edərək Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin Prezident cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinə söykənərək həyata keçirilən tərəqqi strategiyasının mühüm hissəsini təşkil etdiyini, aşkarlıq, şəffaflıq və məsuliyyətlilik prinsiplərinin ölkəmizin iqtisadi-sosial inkişaf siyasətinin mərkəzində durduğunu bildirib. Nümayəndə heyətinin rəhbəri, həmçinin Azərbaycanda həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri, o cümlədən korrupsiyanın qarşısının alınmasında Azərbaycanın uğurlu siyasətinin nümunəsini təşkil edən “ASAN Xidmət” modeli, bu sahədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, eləcə də bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri barədə geniş məlumat verib, Azərbaycanın BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının implementasiyası ilə bağlı I mərhələni yüksək nəticələrlə tamamlamasını, hazırda isə II icmal mərhələsinin uğurla davam etdirildiyini bildirib.

Konfrans çərçivəsində, həmçinin bir sıra ölkələrin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilmiş, bir sıra mühüm sənədlər imzalanıb.

Belə ki, tədbir çərçivəsində nümayəndə heyətimizlə Tunis Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Xidmətinin rəisi Çavki Təbibin rəhbərlik etdiyi həmin qurumun nümayəndə heyəti arasında görüş keçirilib, cinayətkarlığa qarşı mübarizənin müxtəlif aspektləri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib, bu sahədə səylərin birləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Tunis Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Xidməti arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bundan əlavə, Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heytəti ilə Beynəlxalq Anti-Korrupsiya Akademiyasının icraçı direktoru xanım Kristian Pohn-Hufnaglın rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib.

Azərbaycanın təşkilatın ən aktiv üzvlərindən olduğunu məmnunluqla qeyd edən xanım Pohn-Hufnagl, ölkəmizin qurumun fəaliyyətinə verdiyi töhfələrə görə minnətdarlığını bildirib. Öz növbəsində Kamran Əliyev də Azərbaycanın qurumun akademik proqramlarında geniş təmsil olunduğunu, bunun təcrübi əməkdaşların peşəkarlığının artırılmasında mühüm rol oynadığını bildirib. Görüş çərçivəsində, həmçinin Akademiyanın Anti-Korrupsiya Təlimləri üzrə Magistr proqramının növbəti modulunun 2020-ci ilin aprel ayında Bakı şəhərində keçirilməsinə dair müvafiq sənəd imzalanıb.
Bununla yanaşı, nümayəndə heyətinin üzvləri tədbir çərçivəsində təşkil edilmiş müxtəlif iclas və panellərə qatılaraq müzakirələrdə fəal iştirak edirlər.

Konfrans müddətində həmçinin, Azərbaycan nümayəndə heyəti ilə tədbirdə iştirak edən İtaliya, Monqolustan, Belçika Krallığı, Malaziya, Rusiya Federasiyası, Ukrayna və digər ölkələrin, eləcə də bir sıra beynəlxalq təşkilatların nümayəndə heyətləri arasında ikitərəfli və çoxtərəfli görüşlər keçirilərək səmərəli fikir mübadiləsi aparılıb, iştirakçılara Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri əks etdirən materiallar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti