...

Repetitorların məktəbi əvəz etməsi düzgün deyil - Məleykə Abbaszadə

Cəmiyyət Materials 18 Dekabr 2019 14:50 (UTC +04:00)
Repetitorların məktəbi əvəz etməsi təbii ki, düzgün deyil. Əgər belə proseslər gedirsə, onun qarşısını almaq və dərslərin keyfiyyətini qaldırmaq lazımdır.
Repetitorların məktəbi əvəz etməsi düzgün deyil - Məleykə Abbaszadə

Bakı. İlhamə İsabalayeva - Trend:

Repetitorların məktəbi əvəz etməsi təbii ki, düzgün deyil. Əgər belə proseslər gedirsə, onun qarşısını almaq və dərslərin keyfiyyətini qaldırmaq lazımdır.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bunun qarşısını hər hansı qanunla almaq da mümkün deyil:

"Elə valideynlər var ki, onlar övladlarının əlavə dil biliklərinə yiyələnməsini istəyirlər. Bu səbəbdən də repetitorlara müraciət edirlər. Misal üçün, uşaq məktəbdə yalnız ingilis dilindən təhsil alır. Lakin o, əlavə dil olaraq fransız dilini öyrənmək istəyir. Bu halda repetitorlara müraciət edirlər. Belə hallar olduqca repetitorlar da olacaq. İnkişaf etmiş ölkələrdə də müxtəlif repetitorlar var. Kimsə musiqi, rəsmlə məşğul olmaq istəyir. Ona görə də repetitorlara müraciət edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti