...

“Həkimlərimizi tanıyın!” - Dr. Mojtaba Haşemzadeh

Cəmiyyət Materials 23 Yanvar 2020 11:00 (UTC +04:00)
Piylənmə və artıq çəkidən əziyyət çəkən insanların ömrünün uzadılması və sağlamlığının keyfiyyətinin yaxşılaşdırılması üçün bariatrik cərrahiyyə real şansdır
“Həkimlərimizi tanıyın!” - Dr. Mojtaba Haşemzadeh

Bakı. Trend:

Piylənmə və artıq çəkidən əziyyət çəkən insanların ömrünün uzadılması və sağlamlığının keyfiyyətinin yaxşılaşdırılması üçün bariatrik cərrahiyyə real şansdır. Dr. Mojtaba Haşemzadeh Mərkəzi Gömrük Hospitalında bütün növ mədə kiçiltmə əməliyyatını və mədəyə balon yerləşdirilməsi əməliyyatını həyata keçirir.

Dr.Mojtaba Haşemzadeh 1986-1993-cü illərdə Məşhəd Tibb Universitetinin Müalicə fakültəsini, 1995-1999-cu illərdə Tehran Tibb Universitetinin Ümumi cərrahiyyə fakültəsini, 2003-2005-ci illərdə Tehran Tibb Universitetinin Qarın və döş qəfəsi cərrahiyyəsi fakültəsini, 2008-2010-cu illərdə ABŞ Beth Universitetinin Bariatrik cərrahiyyə fakültəsini bitirmişdir.

2000-2018-ci illərdə İran İslam Respublikasının Tehran şəhərində özəl və dövlət tibb müəssisələrində bariatrik cərrah kimi işləmişdir. 2018-ci ildən Mərkəzi Gömrük Hospitalında bariatrik cərrah kimi çalışır.

Dr.Mojtaba Haşemzadeh “Bariatrik cərrahiyyə” mövzusunda 10-larla elmi nəşrlərin müəllifidir. O, müxtəlif illərdə Braziliyanın Rio-De-Janeyro şəhərində, Türkiyənin İstanbul şəhərində və digər ölkələrdə keçirilən “Piylənmə Hallarının Artmasına” həsr olunmuş konqreslərdə və konfranslarda iştirak edib.

Həkim barədə daha ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz: https://customshospital.az/mojtaba-hashemzadeh/
Dr.Mojtaba Haşemzadehin qəbuluna yazılmaq üçün əlaqə nömrələri: (012) 404-08-08.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti