Göyçay sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb

Cəmiyyət Xəbər 11 Fevral 2020 09:57 (UTC +04:00)

Bakı. Trend:

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Yenikənd kənd sakini Ədalət Cəfərovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti