...

Məktəbdə valideyn tərəfindən döyülən qapıçı polisə müraciət etdi

Cəmiyyət Materials 11 Fevral 2020 17:23 (UTC +04:00)
Bakının Nizami rayonunun 251 nömrəli tam orta məktəbində texniki işçinin valideyn tərəfindən döyülməsi məsələsinə aydınlıq gətirilib.
Məktəbdə valideyn tərəfindən döyülən qapıçı polisə müraciət etdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Nizami rayonunun 251 nömrəli tam orta məktəbində texniki işçinin (qapıçı) valideyn tərəfindən döyülməsi məsələsinə aydınlıq gətirilib.

Məktəbdən Trend-ə verilən məlumata görə, 10.02.2020-ci il tarixdə saat 13:00-da valideyn və texniki işçi arasında anlaşılmazlıq yaranıb:

"Uşaqların dərsdən çıxan vaxtı valideyn məktəbin giriş qapısında şagirdlərin hərəkətinə mane yaratdığına görə texniki işçi ona iradını bildirib. Valideyn isə israr edərək məktəbə daxil olmaq istədiyini söyləyib. Son nəticədə həmin valideyn texniki işçinin saçından tutaraq ona qarşı fiziki zorakılıq edib. Qapıçı xanım da bununla bağlı polisə müraciət edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti