...

Belarusdan Azərbaycana səfər edənlərin sayı 14 faiz artıb

Cəmiyyət Materials 19 Fevral 2020 15:21 (UTC +04:00)
Keçən il Belarusdan Azərbaycana səfər edənlərin sayı 14.2 faiz artıb.
Belarusdan Azərbaycana səfər edənlərin sayı 14 faiz artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Keçən il Belarusdan Azərbaycana səfər edənlərin sayı 14.2 faiz artıb.

Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, ötən il Belarusdan Azərbaycana səfər edənlərin sayı 2018-ci illə müqayisədə 14.2 faiz artaraq 14841 nəfər təşkil edib.

Agentlikdən bildirilib ki, fevralın 18-də Minskdə keçirilən “Travel Connections Minsk” tədbirində Belarusun 25 turizm şirkətinə Azərbaycanın turizm məhsulları təqdim edilib.

Tədbirdə Minsk-Bakı arasında birbaşa uçuşların olması, iki ölkə arasında vizasız rejimin tətbiqi, dil baryerinin olmaması xüsusi vurğulanıb və bu imkanlardan yararlanaraq turistlərin sayının artırılması müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti