...

YAP-da könüllülərin toplantısı keçirilib

Cəmiyyət Materials 21 Fevral 2020 13:29 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “2020 Könüllülər ili” çərçivəsində partiya könüllülərinin toplantısı keçirilib.
YAP-da könüllülərin toplantısı keçirilib

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “2020 Könüllülər ili” çərçivəsində partiya könüllülərinin toplantısı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə YAP sədrinin müavini - icra katibi Əli Əhmədov, YAP İdarə Heyəti, Siyasi Şurasının üzvləri və gənclər iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanda könüllülər hərəkatı ilə bağı görülən işlərə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycanda son illərdə könüllülər hərəkatının inkişafı istiqamətində görülən işlərdən danışıb.

Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Könüllülər İli elan edildiyini xatırladan S.Orucov bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva könüllüllük fəaliyyətinin inkişafı istiqamətində böyük işlər görüblər: “Bu gün artıq könüllülər ordusunun sayı 100 minlərlədir. Könüllülər ordusu bir çox beynəlxalq layihələrin həyata keçirilməsində əvəzsiz işlər görüblər”.

Tədbirdə YAP rayon təşkilatlarının gənclər birliklərinin sədrləri könüllük fəaliyyətindən danışıb, könüllülərin həyata keçirdiyi layihələr barədə geniş məlumat veriblər. YAP-ın üzvü olan bir qrup gənc könüllü qismində seçkilərdə aktiv iştirakına görə diplomlarla təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti