...

Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət üzrə əsas imtahanı keçiriləcək

Cəmiyyət Materials 29 Fevral 2020 10:53 (UTC +04:00)
Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət üzrə əsas imtahanı keçiriləcək
Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət üzrə əsas imtahanı keçiriləcək

Bakı. Trend:

“Yüksəliş” müsabiqəsində iştirak edən namizədlər sabah qabiliyyət üzrə əsas imtahana qatılacaqlar.

Əsas imtahanda iştirakçılar abstrakt düşüncənin yoxlanılması üzrə 20 suala ümumilikdə 20 dəqiqə, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə 18 sualın hər birinə 2 dəqiqə ərzində cavab verməlidirlər. Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması bölməsində 6 mətn və hər mətnə aid 5 sual (cəmi 30 sual) təqdim olunur. Hər mətni oxumaq üçün 2 dəqiqə, hər suala 2 dəqiqə vaxt ayrılır.

Bu mərhələni də uğurla keçən iştirakçılar onlayn mərhələni başa vurmuş sayılır və onları qarşıda əyani mərhələ gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti