Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda son 3 il ərzində uşağın olmaması səbəbindən nikahların pozulması halları artıb.
Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə uşaqları olmadığına görə pozulmuş nikahın sayı 724 olub.
2018-ci ildə Azərbaycanda uşaqların olmaması səbəbindən 785 nikahın, 2017-ci ildə isə 588 nikahın pozulması qeydə alınıb.