...

Bakıda kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirinin final yarışları start götürüb (FOTO)

Cəmiyyət Materials 8 Mart 2020 12:51 (UTC +04:00)
Bakıda kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirinin final yarışları start götürüb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirinin yekun gününə start verilib.

Trend-in məlumatına görə, bu gün fərqli alətlərdə finallar keçiriləcək.

Final yarışlarında Azərbaycanı sərbəst çıxışlarda - Anar Həsənov və Mənsum Səfərov, dəstəli at üzərində hərəkətlərdə - Rəsul Əhmədzadə, halqalarla hərəkətlərdə - Mənsum Səfərov, dayaqlı tullanma hərəkətlərində - Mənsum Səfərov və Ramin Dəmirov, paralel qollarda - Ramin Dəmirov və Rəsul Əhmədzadə, turnik üzərində hərəkətlərdə Rəsul Əhmədzadə və Mənsum Səfərov təmsil edəcəklər.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti