...

Daha 4 rayonda ağac əkini həyata keçirilib

Cəmiyyət Materials 11 Mart 2020 14:00 (UTC +04:00)
Yaz ağacəkmə kampaniyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən daha 4 rayonda ağac əkini həyata keçirilib.
Daha 4 rayonda ağac əkini həyata keçirilib

Bakı. Trend:

Yaz ağacəkmə kampaniyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən daha 4 rayonda ağac əkini həyata keçirilib.

Meşələrin İnkişafı Departamentinin əkin sektorunun müdiri Rəhim İbrahimov Trend-ə bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzləri və yerli idarəetmə orqanlarının əməkdaşları tərəfindən Masallı, Şəmkir, İsmayıllı və Zaqatala rayonlarında son 3 gün ərzində 20 hektar ərazidə 21 580 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib:

“Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yaz ağac əkini mövsümü başlayandan bugünədək ölkə ərazisində 100 hektar sahədə 116 200 müxtəlifcinsli ağac əkilib”.

R.İbrahimov ağacəkmə aksiyalarının mövsümün sonunadək davam etdiriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti