...

Bu il Qəbələ və Şəmkirdə uşaq bərpa mərkəzləri istifadəyə veriləcək (FOTO)

Cəmiyyət Materials 12 Mart 2020 14:23 (UTC +04:00)
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən uşaq bərpa mərkəzləri şəbəkəsinin ölkəmizin bölgələri üzrə genişləndirilməsi işləri aparılır.
Bu il Qəbələ və Şəmkirdə uşaq bərpa mərkəzləri istifadəyə veriləcək (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən uşaq bərpa mərkəzləri şəbəkəsinin ölkəmizin bölgələri üzrə genişləndirilməsi işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məqsədlə nazirliyin sifarişi ilə Qəbələ və Şəmkir rayonlarında sağlamlıq imkanları məhdud uşaqlar üçün bərpa mərkəzlərinin tikintisinə başlanılıb. Cari ildə tikinti işlərinin başa çatdırılması və mərkəzlərin istifadəyə verilməsi nəzərdə tutulur.

Həmin müəssisələrdə sağlamlıq imkanları məhdud uşaqlara müasir fizioterapiya metodları əsasında kompleks bərpa müalicəsi xidmətləri göstəriləcək. Hər iki bərpa mərkəzində il ərzində 600-dən çox uşaq stasionar və 1000-dək uşaq ambulator formada reabilitasiya xidmətləri ilə təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti