...

"Caspian İnternational Hospital" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə edib

Cəmiyyət Materials 23 Mart 2020 18:51 (UTC +04:00)

Bakı. Trend:

"Caspian İnternational Hospital" koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Trend-in məlumatına görə, öz korporativ sosial məsuliyyətini yerinə yetirən "Caspian İnternational Hospital" Fonda 50 min manat vəsait köçürüb.

Bununla də müəssisə Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlərə öz töhfəsini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti