...

İmaməddin Quliyev: Yaşlı tənha insanların tələbatını təmin etmək üçün könüllülərimiz onlarla öz əlaqə vasitələrini bölüşürlər

Cəmiyyət Materials 26 Mart 2020 14:02 (UTC +04:00)
Koronavirusla mübarizədə ən vacib məqamlardan biri "Evdə qalın" çağırışlarına cavab verərək evdə qalmaq və bununla da ətrafdakı insanların virusa yoluxmasının qarşısını almaqdır.
İmaməddin Quliyev: Yaşlı tənha insanların tələbatını təmin etmək üçün könüllülərimiz onlarla öz əlaqə vasitələrini bölüşürlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Koronavirusla mübarizədə ən vacib məqamlardan biri "Evdə qalın" çağırışlarına cavab verərək evdə qalmaq və bununla da ətrafdakı insanların virusa yoluxmasının qarşısını almaqdır.

Bunu Trend-ə Azərbaycan Könüllüləri İctimai Birliyinin sədri İmaməddin Quliyev deyib.

Onun sözlərinə görə, koronavirusla mübarizədə ən vacib məsələlərdən biri yaşı 65-dən yuxarı insanların təcrid edilmiş şəraitdə olmasıdır.

İ.Quliyev yaşlı tənha insanların tələbatını təchiz etmək üçün könüllülərin fəaliyyət göstərməsinə hazır olduğunu da söyləyib:

"Prezident İlham Əliyev martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibəsində "Yaşlı tənha insanların təchizatını təmin etmək üçün sosial işçilərin səfərbərliyi nəzərdə tutulur və onlar bu işi görəcəklər. Eyni zamanda, fürsətdən istifadə edərək çoxminli könüllülər ordusuna da müraciət etmək istəyirəm. Hesab edirəm ki, bizim könüllülərimiz də bu işlərə qoşulmalıdırlar" fikirlərini söyləmişdi, Biz də digər təşkilatlar kimi, Prezident İlham Əliyevin çağırışına dəstək olaraq bu isitiqamətdə görülən işləri dəstəkləyirik".

Təşkilat sədri bildirib ki, könüllülər bu istiqamətdə sosial şəbəkələrdə xüsusilə fəallıq göstərirlər:

"Yaşlı tənha insanların tələbatını təchiz etmək üçün könüllülərimiz onlarla öz əlaqə vasitələrini bölüşürlər ki, ehtiyac yarandıqda əlaqə saxlasınlar, bu işdə onlara kömək ola bilsinlər. Eyni zamanda, könüllülər öz yaşadıqları yaşayış massivlərində də xüsusi elanlar vuraraq bu xeyirli işə dəstək olduqlarını nümayiş etdirirlər. Mən özüm də yaşadığım binada yaşlı insanlara könüllü olaraq dəstək ola biləcəyimi elanla bölüşmüşəm. Biz regionlarda yaşayan gəncləri də bu işdə fəal olmağa, xüsusilə böyüklərimizi qorumağa çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti