...

DİN: Sosial şəbəkələrdə yayılan məlumatlar yalandır

Cəmiyyət Materials 27 Mart 2020 20:44 (UTC +04:00)
Sosial şəbəkələrdə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Teymur Hacıyevin adından yayılan sənəd saxtadır
DİN: Sosial şəbəkələrdə yayılan məlumatlar yalandır

Bakı. Trend:

Sosial şəbəkələrdə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Teymur Hacıyevin adından yayılan sənəd saxtadır.

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

O qeyd edib ki, hazırda daxili işlər orqanları xüsusi rejimli karantin rejiminin tələblərindən irəli gələn məsələləri icra etməkdədir: "Sosial şəbəkələrdə yayılan bu məlumat yalandır. Vətəndaşları rəsmi olmayan məlumatlara inanmamağa çağırıram".

Qeyd edək ki, sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavini Teymur Hacıyevin adından yayılan sənəddə sabah saat 06:00-dan etibarən şəxsi avtomobillərin hərəkətinə və insanların küçəyə çıxmasına qadağa qoyulduğu yazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti