...

Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb (FOTO)

Cəmiyyət Materials 31 Mart 2020 12:59 (UTC +04:00)
Əlavə olaraq 2208 tənha yaşlı qeydə alınmaqla sosial xidmətlərlə əhatə olunub
Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb (FOTO)

Bakı. Trend:

Martın 24-30-da Bakı və respublikanın bölgələri üzrə vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə 20 min 253 müraciət daxil olub. Onlardan 4555-ni sosial xidmətlərin göstərilməsi ilə bağlı müraciətlər təşkil edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətlər əsasında 2208 şəxsin tənha yaşı 65-dən yuxarı şəxslər olduğu nəzərə alınmaqla, onlara sosial xidmətçilər tərəfindən evlərində sosial məişət xidmətlərinin göstərilməsinə başlanıb.

Beləliklə, evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb.

Həmin vətəndaşlara könüllülərin də dəstəyi ilə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaitləri ilə əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməkliklər göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti