...

Ekokönüllülər hər kəsi qanvermə kampaniyasında iştiraka çağırır (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2020 18:52 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekokönüllülər hər kəsi qanvermə kampaniyasında iştiraka çağırır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin nümayəndələri və ekokönüllüləri talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanlara yardım məqsədilə başladılan "Könüllü Donor" kampaniyasına qoşulub. Onlar xüsusi karantin rejiminin qaydalarına əməl etməklə bu aksiyada iştirak ediblər.

Ekokönüllülər qan çatışmazlığından əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün hər kəsi bu nəcib aksiyaya qoşulmağa çağırır və cəmiyyətin diqqətini bu xeyirxah məsələyə yönəltmək istəyir. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təkcə Bakıda deyil, həmçinin Şirvan, Lənkəran, Quba, Şəki, Mingəçevir, Bərdə və Gəncədə də bölmələri fəaliyyət göstərir və bu bölmələrə müraciət etməklə xeyirxah aksiyanın iştirakçısı olun.

Xatırladaq ki, Azərbaycanda talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən şəxslərə kömək məqsədilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi və Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı tərəfindən "Könüllü Donor" aksiyasına start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti