...

Bakı Slavyan Universitetindən aztəminatlı tələbələrə növbəti dəstək (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2020 10:00 (UTC +04:00)
Bakı Slavyan Universitetindən aztəminatlı tələbələrə növbəti dəstək (FOTO)

Bakı. Trend:

Həmişə öz fəaliyyətində xalqımızın yüksək milli-mənəvi dəyərlərini,fəal və ləyaqətli vətəndaş mövqeyini, xeyirxahlıq,nəciblik və mərhəmət prinsiplərini əsas tutan Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşları növbəti humanist aksiyanı həyata keçiriblər.

BSU-nun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunmuş koronavirus (COVİD-19) epidemiyası ilə əlaqədar olaraq universitetin rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevanın müvafiq tövsiyə və əmrinə əsasən, aprelin 15-də bu ali məktəbdə təhsil alan və sosial baxımdan cəmiyyətin həssas əhali təbəqəsinə aid edilən ailələrin övladlarına,o cümlədən hər iki valideynini itirmiş tələbələrə, həmçinin şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının övladlarına və eləcə də bu qəbildən olan digər ailələrin övladlarına ərzaq yardımı edilib. Qeyd edək ki, BSU-nun kollektivi ehtiyacı olan tələbələrə belə dəstək verməklə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın tövsiyələri ilə həmrəy olduğunu bir daha nümayiş etdirib.

BSU-nun aztəminatlı tələbə-gəncləri göstərilən diqqət və qaygıya, verilən dəstəyə görə universitetin rəhbərliyinə təşəkkür edərək bu humanist addımı yüksək qiymətləndirdiklərini xüsusi vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti