...

YAP Gəncə şəhər təşkilatı aztəminatlı ailələrə ərzaq yardımı aksiyasını davam etdirir (FOTO/VİDEO)

Cəmiyyət Materials 16 Aprel 2020 13:13 (UTC +04:00)
YAP Gəncə şəhər təşkilatı aztəminatlı ailələrə ərzaq yardımı aksiyasını davam etdirir (FOTO/VİDEO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı aztəminatlı ailələrə ərzaq yardımı aksiyasını davam etdirir.

Təşkilatdan Trend-ə verilən məlumata görə, planetimizin bəlasına çevrilən koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında sistemli tədbirlər həyata keçirilir.

Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası ilk gündən koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal şəkildə qoşulub və aprelin 14-də aztəminatlı ailələrə ərzaq yardımı aksiyasına start verilib.

Hakim partiyanın başlatdığı bütün yardım aksiyalarında fəallıq göstərən YAP Gəncə şəhər təşkilatı həvəslə dörd gün davam edəcək bu aksiyaya da qoşulub. Təşkilatın əməkdaşları və könüllüləri tərəfindən Gəncə şəhərində yaşayan əhalinin həssas təbəqəsinə aid olan ailələrə zəruri ərzaq yardımları çatdırılıb.
Qeyd edək ki, YAP Gəncə şəhər təşkilatı bu günə qədər Gəncə İcra Hakmiyyətinin dəstəyi ilə qayğıya və sosial müdafiəyə ehtiyacı olan 600 yaxın aztəminatlı ailəyə ərzaq paylayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti