...

Bu gün “Bravo” daha 3700 tənha yaşlıya və əlilliyi olan şəxsə ərzaq yardımı etdi (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2020 17:19 (UTC +04:00)
Bu gün “Bravo” daha 3700 tənha yaşlıya və əlilliyi olan şəxsə ərzaq yardımı etdi (FOTO)

Bakı. Trend:

“Bravo” supermarketlər şəbəkəsi həssas qruplardan olan şəxslərlə bağlı sosial dəstək aksiyasını davam etdirir.

Trend-in məlumatına görə, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evlərində sosial xidmətlərlə təmin edilən tənha yaşlılardan və əlilliyi olan şəxslərdən ibarət daha 3700 şəxsə “Bravo” tərəfindən ərzaq yardımı edilib. Bakı, Balakən, Bərdə, Zaqatala, Yardımlı, Qax, Daşkəsən, Gədəbəy, Şəki, Kürdəmir, Lənkəran, Masallı, Lerik, Samux şəhər və rayonlarında yaşayan həmin şəxslərə ərzaq yardımları sosial xidmətçilər və könüllülərlə birgə evlərinə aparılıb təqdim edilib.

Xatırladaq ki, dünən də 15-dək rayon üzrə 2400 tənha yaşlı və əlilliyi olan şəxsə “Bravo”dan ərzaq yardımı edilib.

Bu sosial aksiya cəmiyyətimizdə yaşlı nəsilə və həssas qruplardan olan insanlara diqqət və qayğı ilə yanaşılması kimi yüksək milli-mənəvi dəyərlərə sadiqliyi əks etirməklə, hazırkı xüsusi karantin rejimi dönəmində #evdəqal çağırışına da bir dəstəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti