...

“Region gəncləri: yeni reallıqlar və imkanlar” adlı onlayn müşavirə keçirilib

Cəmiyyət Materials 20 Aprel 2020 10:30 (UTC +04:00)
“Region gəncləri: yeni reallıqlar və imkanlar” adlı onlayn müşavirə keçirilib

Bakı. Trend:

Aprel ayının 19-da Gənclərin İnkişaf və Karyera Mərkəzi region nümayəndəliklərinin rəhbərləri ilə “Region gəncləri: yeni reallıqlar və imkanlar” adlı onlayn müşavirə keçirib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən zəruri sosial izolyasiya tədbirləri şəraitində region gənclərinin təhsil, özünü inkişaf və ünsiyyət baxımından qarşılaşdıqları müvəqqəti çətinliklərin alternativ yollarla aradan qaldırılması, bu baxımdan vaxtdan və müasir informasiya texnologiyalarından səmərəli istifadə və bununla əlaqədar GİKM nümayəndəliklərinin görə biləcəyi işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Müşavirədə region nümayəndəliklərinin rəhbərləri ilə məhz bu dönəmdə görülən işlər, yaranan çətinliklər və mövcud vəziyyət müzakirəsi edilməklə yanaşı gənclərin maraq dairələrinin və ehtiyaclarının regionlar üzrə müəyyənləşdirilməsi və dəyərləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Müşavirədə toxunulan əsas məsələlərdən biri də post-karantin dövrünə hazırlıq, gələcəkdə icra ediləcək layihələr, həyata keçiriləcək tədbirlər, seminarlar və təlimlər olmuşdur. Belə ki, gənclər dövlət başçısının rəhbərliyi ilə koronovirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən görülən tədbirləri dəstəklədiklərini, bu tədbirlər nəticəsində ölkəmizin tezliklə karantin dövrünü arxada qoyacağına əmin olduqlarını və bu vəziyyətə artıq indidən hazır olmağın vacibliyini vurğulamışlar.
Sonda müəyyən olunmuş fəaliyyət istiqamətləri üzrə konkret təkliflərin hazırlanması razılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti