...

“Biz birlikdə güclüyük” aksiyası çərçivəsində Bakıətrafı qəsəbə və kəndlərdə, İsmayıllı rayonunda ərzaq sovqatları paylanıb (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2020 18:16 (UTC +04:00)
“Biz birlikdə güclüyük” aksiyası çərçivəsində Bakıətrafı qəsəbə və kəndlərdə, İsmayıllı rayonunda ərzaq sovqatları paylanıb (FOTO)

Bakı. Trend:

“Biz birlikdə güclüyük” aksiyası çərçivəsində Bakıətrafı qəsəbə və kəndlərdə, İsmayıllı rayonunda ərzaq sovqatları paylanıb.

Heydər Əliyev Fondundan Trend-ə verilən məlumata görə, “Biz birlikdə güclüyük” aksiyası çərçivəsində məcburi köçkünlərin məskunlaşdığı "Qobu Park" yaşayış kompleksində, Bakıətrafı qəsəbə və kəndlərdə aztəminatlı ailələrə ərzaq sovqatları paylanıb. Aksiya eyni zamanda İsmayıllı rayonunda aztəminatlı və digər həssas kateqoriyadan olan ailələti əhatə edib.

Layihə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlətin həyata keçirdiyi tədbirlərə dəstək məqsədi daşıyır.

Ərzaq sovqatları Fondun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) “150” Çağrı mərkəzinə və yeni istifadəyə verilən www.bizbirlikdegucluyuk.az portalına daxil olan müraciətlər əsasında ünvanlara göndərilir.

Portal karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyalardan olan ailələrlə onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək, bu işdə vətəndaş həmrəyliyini genişləndimək məqsədilə yaradılıb.

Ərzağa ehtiyacı olan aztəminatlı ailələr portalda onlayn qaydada qeydiyyatdan keçməklə yanaşı, İctimai Birliyin “150” Çağrı mərkəzinə müraciət edə bilərlər.

Aksiya karantin rejimi müddətində davam edəcək. Layihənin əsas donoru Heydər Əliyev Fondudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti