...

Həssas qrupa aid olan tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi üçün hazırlıq işləri aparılır - Ceyhun Bayramov

Cəmiyyət Materials 27 Aprel 2020 17:27 (UTC +04:00)
Həssas qrupa aid olan tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi üçün hazırlıq işləri aparılır - Ceyhun Bayramov

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Hazırda sosial qrupdan həssas tələbə qrupuna aid olan tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi üçün hazırlıq işləri aparılır.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, pandemiya ilə bağlı ilkin məlumatlar bəlli olduqdan sonra, Azərbaycan dövləti tərəfindən xüsusi qabaqlayıcı tədbirlərə başlanılıb:

“Azərbaycan dövləti bu sahədə görülən tədbirlərə görə ilklərə imza atıb. Martın 2-də ölkədəki bütün təhsil müəssisələrində təlim-tədris prosesinin dayandırılması barədə qərar qəbul edilib. Bu qərar qəbul edilərkən dünyanın 12 ölkəsində oxşar məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinə başlanıldı. Bu isə Azərbaycan dövlətinin əhalisinin təhlükəsizliyini necə fikirləşdiyini bir daha göstərir. Artıq bəlli məhdudiyyət tədbirlərindən sonra yumşalmaların olması barədə danışılır. Amma nəzərə almaq lazımdır ki, yenidən məhdudiyyətlərin tətbiqi barədə qərarın verilməməsi üçün hər bir Azərbaycan vətəndaşı öz məsuliyyətini göstərməli, müvafiq qaydalara əməl etməlidir”.

Nazir bildirib ki, hazırda 95 min tələbə onlayn platformadan yararlanır. Bunun genişləndirilməsi üçün işlər aparılır.

C.Bayramov qeyd edib ki, bu gün ali məktəblərdə təhsil alan iki tələbədən biri dövlət hesabına təhsil alır:

“Lakin pandemiya məşğulluq məsələlərinə də mənfi təsir göstərir. Aprelin 13-də imzalanmış dəstək proqramı çərçivəsində sosial qrupdan həssas tələbə qrupuna aid olan tələbələrin 2019-2020-ci ilin yaz semesteri və 2020-2021-ci ilin payız semestri üzrə təhsil haqqı dövlət tərəfindən ödəniləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti