Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakı, Sumqayıt və Xırdalan üzrə şəhərlərarası sərnişindaşımada sıxlıq müşahidə olunur.
Trend-in məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, bu səbəbdən fəaliyyəti müvəqqəti dayandırılan avtobuslar yenidən fəaliyyətə başlayıb:
"Bəzi iş yerlərinin açılması ilə əlaqədar olaraq Bakı, Sumqayıt və Xırdalan üzrə şəhərlərarası sərnişindaşımada sıxlıq qismən artıb. Bu səbəbdən sərnişin sayının az olmasına görə qismən azaldılan avtobuslar yenidən xəttə buraxılıb. Artıq 33 avtobus yenidən fəaliyyətə başlayıb".