...

Tovuz Rayon İcra Hakimiyyətində videomüşavirə keçirilib (FOTO)

Cəmiyyət Materials 5 May 2020 10:19 (UTC +04:00)
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rəhbərliyi ilə RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videomüşavirə keçirilib.
Tovuz Rayon İcra Hakimiyyətində videomüşavirə keçirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rəhbərliyi ilə RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videomüşavirə keçirilib.

Trend-in məlumatına görə, videomüşavirədə Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin müddətinin 31 may 2020-ci il saat 00:00-dək uzadılması, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən bəzi xüsusi karantin qaydalarının aradan qaldırılması, dezinfeksiya işlərinin aparılması, əhali arasında müəyyən edilmiş karantin qaydalarına əməl edilməsi barədə maarifləndirmə işlərinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Cənab Prezidentin “Biz Birlikdə Güclüyük” xeyriyyəçilik çağırışına cavab olaraq Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə başladılan “Birlikdə Olaq-Qalib Gələk” devizi altında kampaniyadan 6 min nəfərdən çox aztəminatlı ailənin ehtiyaclarının ödənilməsinin rəğbətlə qarşılandığını nəzərə alaraq bu işlərin davam etdirilməsinin diqqətdə saxlanılmasının vacibliyi qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qətiyyətli mövqeyi və zamanında qəbul edilmiş qərarları nəticəsində bu dəhşətli bəlanın törədə biləcəyi fəsadlarla ölkəmizin minimum ziyanla üzləşməsinə səbəb olması bir daha diqqətə çatdırılıb.

Həmçinin cənab Prezident İlham Əliyevin yeni təyin olunmuş Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edən zaman dövlət məmurlarına verdiyi tapşırıqların hər bir məmur üçün vacib bir göstəriş olması qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti