...

Peşə ixtisasları üzrə dərsliklər e-derslik.edu.az portalında yerləşdirilib

Cəmiyyət Materials 6 May 2020 16:06 (UTC +04:00)
Peşə ixtisasları üzrə dərsliklər e-derslik.edu.az portalında elektron formatda yerləşdirilib.
Peşə ixtisasları üzrə dərsliklər e-derslik.edu.az portalında yerləşdirilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Peşə ixtisasları üzrə dərsliklər e-derslik.edu.az portalında elektron formatda yerləşdirilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 39 ixtisas üzrə 193 dərsliyin yer aldığı platformada tədris vəsaitlərini onlayn oxumaq və yükləmək imkanı yaradılıb.

Məqsəd peşə təhsili pilləsi üzrə nəzərdə tutulan dərs vəsaitlərindən istifadə imkanlarının genişləndirilməsidir.

Qeyd edək ki, sözügedən dərsliklər Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi internet saytında (vet.edu.gov.az) və e-derslik.edu.az portalında yer almaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti